ƏMLAK

Yanğın barədə xəbərdarlıq edən divar kağızı hazırlandı
02 APREL
335

Yanğın barədə xəbərdarlıq edən divar kağızı hazırlandı

2018-04-02 20:07:00

Yanğın əleyhinə divar kağızları xüsusi elektrik keçiriciliyinə malik materialdan yaradılıb. Belə materialın parçasına qurulmuş qrafendən hazırlanmış sensor səsli siqnalizasiyanı işə salır. Fins.az ICTnews-a istinadən xəbər verir ki, Şanxay Keramika İnstitutunun alimləri material qismində hidroksiapatitdən istifadə ediblər.

 Bu maddə sümük və dişlərin əsas komponentini təşkil edir. Hidroksiapatit kifayət qədər kövrək və bərk maddədir, amma alimlər bu materialdan divar kağızlarının yaradılması üçün kifayət qədər elastik olan çox uzun nanoborular düzəltməyə müvəffəq olublar.

“Bizim divar kağızlarımız möhkəm və elastikdirlər, onları istənilən kimi  boyamaq mümkündür, bu halda onlar oda, istiliyə davamlıdırlar və təhlükə haqda xəbərdarlıq edirlər”, - deyə tədqiqat qrupunun rəhbəri Yin Çje Çju deyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9960
  • ₽ RUB
    0.0258