ƏMLAK

Taxta bazarında alıcılar aldadılır - VİDEO
27 MART
1136

Taxta bazarında alıcılar aldadılır - VİDEO

2018-03-27 13:44:00

Taxta bazarında alıcılar açıq-aydın aldadılır. Məsələn, 5-lik adından satılan taxtanın faktiki ölçüsü bundan 2 millimetr azdır. Fins.az satış üçün reklam edilən ölçü ilə faktiki ölçü düz gəlmir. Bu hala taxta bazarlarında tez-tez rast gəlinir.

 Taxta satışı mərkəzlərində müştərilərin ölçü məsələsində aldadılması adi hal alıb. Hər bir taxtanın ölçüsündə alıcı 1-2 millimetr aldadılır. Satıcılar isə bu materialın xaricdən gətirildiyini və ölçü ilə bağlı problemin də mənbə ölkədən qaynaqlandığını deyirlər. Onların sözlərinə görə, əvvəllər ölçüləri standartlarda olduğu kimi gətirilirdi. İndi isə demək olar ki, satılan hər taxtada ölçü fərqi var. Ölçülərdə yaranan fərqin əsas səbəbi kimi isə taxtanın quruması göstərilir.

"Bircə pozuntu – evdən çıxmalısan!" – SOSİAL EVLƏR NECƏ VERİLİR?

 Bununla belə, satıcılar taxtanı kubla satdıqlarını və bu halda alıcının aldadılmasından söhbət getmədiyini iddia edirlər. Maraqlıdır ki, alıcılar da artıq bu vəziyyətə öyrəşiblər. Onlar uzun müddətdir ölçülərin dəyişdiyini, bazarda standart ölçülü taxta tapmağın müşkülə çevrildiyini deyirlər.

 Hüquqşünaslar isə deyirlər ki, burada istehlakçıların hüquqları pozulur. Vətəndaşlar hüquqlarını bərpa edə bilmələri üçün satıcıdan alışı təsdiq edən hər hansı bir sənəd almalıdırlar. Üstəlik, ölçüdə fərq varsa, satıcı da öncədən alıcını məlumatlandırmalıdır. Əks halda satıcını cərimə gözləyir.

Bütün hallarda aldadıldığına inanan vətəndaş Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə və ya məhkəməyə müraciət edə bilər.

Daha ətraflı videomaterialı təqdim edirik:

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9474
  • ₽ RUB
    0.0260