ƏMLAK

Rayonlarda kirayə evlərə tələbat artıb - QİYMƏTLƏR
20 MART
963

Rayonlarda kirayə evlərə tələbat artıb - QİYMƏTLƏR

2018-03-20 10:29:00

Ölkəyə gələn turistlərin sayının çoxluğu kirayə bazarına da öz təsirini göstərib. Bu dəfə regionlarda kirayə bazarını araşdırmışıq. Fins.az bildirir ki, turist axınının kirayə mənzil qiymətlərinə ən çox təsir edən rayon İmişlidir. Səbəb isə ərəb turistlərdir. Əsasən ov məqsədi ilə gələn ərəblər çox vaxt uzun müddətə qalırlar. Rieltorların sözlərinə görə, ərəb turistlərin İmişliyə gəlişi ilə kirayə mənzillərin qiyməti 1500 manata qədər yüksəlib. Amma burada evlərin şəraitinin qiymətə təsiri də böyük rol oynayır.

Kirayə bazarınındakı qiymət arımı digər bölgələrdə də özünü göstərib. Evlərin qiymətləri isə yerləşdiyi əraziyə görə dəyişir. Nisbətən şəhər mərkəzində olan evlər daha baha qiymətə kirayə verilir.

Məsələn, Lənkəran şəhərində kirayə evlərin qiymətləri 150 manatdan başlayır. Burada hətta 800 manata da kirayə ev var.

Mingəçevir şəhərində isə 80 manata təmirsiz kirayə mənzil tapmaq olar.

Böyük şəhərlərdə kirayə mənzillərə tələbin belə çox olmasının başlıca səbəblərindən biri də həmin şəhərlərdə yerləşən təhsil ocaqlarıdır. Xüsusən, Lənkaran və Mingəçevir şəhərlərində kirayə mənzillərin əsas sifarişçiləri tələbələrdir.

Kirayə mənzillərə tələbat Şabran rayonunda da özünü göstərir. Rieltorların sözlərinə görə, xüsusən turizm bölgələrində yay aylarına döğru kirayə qiymətləri artmaqda davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9602
  • ₽ RUB
    0.0254