ƏMLAK

Bakıda “Daşınar əmlakın yüklülüyünün dövlət reyestri”nin təqdimatı keçirildi
15 MART
294

Bakıda “Daşınar əmlakın yüklülüyünün dövlət reyestri”nin təqdimatı keçirildi

2018-03-15 16:34:00

Bu gün Maliyyə Bazarlarına Nəzarət Palatası yaratdığı “Daşınar əmlakın yüklülüyünün dövlət reyestri”nin təqdimatını keçirib. Fins.az xəbər verir ki, tədbirdə çıxış edən Palatanın baş icraçı direktoru İbrahim Alışov 2016-2017-ci illər ərzində dövlət təşkilatları, publik hüquqi şəxslər, habelə maliyyə bazarı iştirakçılarının ölkə prezidentinin müəyyən etdiyi iqtisadi siyasətin icra etməsi nəticəsində müsbət iqtisadi meyllərin yarandığını, inflyasiyanın azaldığını, milli valyutanın məzənnəsinin sabitləşdiyini, bank sektoruna kapital qoyuluşunun təmin edildiyini, əmanətlərin artdığını və əhalinin maliyyə sektoruna etimadının bərpa olunduğunu bildirib.

OTURDUĞUN YERDƏN HƏDİYYƏ QAZAN!

“Maliyyə bazarlarına etimadın bərpası və kredit aktivliyinin artırılması istiqamətində aparılmış xüsusi əhəmiyyətli institutsional islahatlar isə İpoteka və Kredit Zəmanət Fondunun, ilk özəl kredit bürosunun yaradılması olub. Daşınar əmlakın yüklülüyünün dövlət reyestri”nin formalaşdırılması maliyyə vasitəçiliyinin dərinləşməsində əhəmiyyətli rola malik olacaq”,- deyə o, qeyd edib.

Reyestrin əsas fəaliyyət prinsiplərinin dövlət qeydiyyatında olmayan əmlakların yüklülüyünün bazasının yaradılması, borcverən tərəflərin bu məlumatlara sərbəst çıxışının təmin edilməsi, yüklü əmlakın təkrar istifafəsinin məhdudlaşdırılması, yüklü edilmiş əmlakın məhkəmədənkənar realizasiyası və bununla da təminat çeşidinin artırılması olduğunu qeyd edən baş icraçı direktor sözügedən reyestrin ölkədə yeni kreditləşmə fazasına keçidi şərtləndirən amil olacağını vurğulayıb. İ.Alışovun sözlərinə görə, reysetrin effektiv fəaliyyəti daşınmaz əmlak təminatı olmayan hüquqi və fiziki şəxsləri daşınar əmlaklarını reystrdə yüklü etməklə kredit təşkilatlarından vəsait cəlb etməsini stimullaşdıracaq. Bu da nəticədə maliyyə əlçatanlığının artımını şərtləndirəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9828
  • ₽ RUB
    0.0267