ƏMLAK

Plazalarda ofislərin kirayəsi neçəyədir? - QİYMƏTLƏR,SİYAHI
13 MART
1632

Plazalarda ofislərin kirayəsi neçəyədir? - QİYMƏTLƏR,SİYAHI

2018-03-13 16:11:00

Bakıda biznes mərkəzləri üzrə ofislərin kirayə qiymətləri məlum olub. Fins.az-ın araşdırmasına görə hazırda plazalar üzrə ofislərin kirayə qiymətləri 10-25 manat arasında dəyişir. Ən ucuz kirayə ofislər Xətai rayonunda yerləşən Babək Plazadadır. Burada ofislərin kirayəsi 10-12 manat arasında dəyişir. Digər ən ucuz ofislər isə Nərimanov rayonunda SDN Plazadadır. Burada qiymətlər 12 manatdan başlayır.

Ən baha ofislərin kv.m üzrə qiyməti isə 25 manat təşkil edir. Bu qiymətə ofisi Çinar Plazadan  kirayələmək olar.

Daşınmaz əmlak bazarı üzrə rieltor Asif Yusubov Fins.az-a bildirib ki, ofislərin kirayə qiymətləri plazaların əlverişli  nəqliyyat  qovşaqlarının yaxınlığında yerləşməsi, həmçinin şəhər mərkəzinə yaxın olmaları ilə ölçülür. Ümumilikdə ən yüksək kirayə qiymətləri şəhər mərkəzinə yaxın biznes mərkəzlərində, ən ucuz kirayə qiyməti isə Nərimanov və Yasamal rayonlarında yerləşən biznes mərkəzlərdədir.

 

 

Rayonlar

 

Plazalarda ofislərin kirayəsi                   kv.m/ AZN

Plazalar

Qiymətlər

Nəsimi

Af Mall biznes mərkəzləri

18-20 AZN

Səbail

Sahil Plaza

22 AZN

 

Xətai

 

Babək plaza

10-12 AZN

Rusel Plaza biznes Mərkəzi

14–20AZN

Azure Biznes mərkəzi

13-17 AZN

 

Nərimanov

 

Allaz Park Biznes mərkəzi

12-14 AZN

Çinar Plaza

25 AZN

SDN Plaza

12 AZN

Yasamal

Globus Plaza

15-17 AZN

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9906
  • ₽ RUB
    0.0276