ƏMLAK

Komitədən qadınlara özəl 8 Mart hədiyyəsi - "KUPÇA" PAYLADI
07 MART
476

Komitədən qadınlara özəl 8 Mart hədiyyəsi - "KUPÇA" PAYLADI

2018-03-07 16:57:00

Əmlak Məsələləri Dövlət Komitəsi Beynəlxalq Qadınlar Günü münasibətilə martın 7-də xanımlar üçün birbaşa ünvanlarda qeydiyyat xidməti ilə bağlı aksiya keçirilib. Fins.az xəbər verir ki, bu kampaniya çərçivəsində şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinin həyat yoldaşlarına, o cümlədən fiziki məhdudiyyətli qadınlara birbaşa olaraq yaşadıqları ünvanlarda qeydiyyat xidmətləri göstərilib. Komitənin əməkdaşları xüsusi nəqliyyat vasitələri ilə paytaxtla yanaşı, respublikanın bir neçə rayonlarına, o cümlədən qəsəbələrə, ucqar kənd yerlərinə gedərək, yaşlı qadınlara, tənha analara evlərindəcə əmlaklarına dair hazır çıxarışlar təqdim ediblər. Paytaxt üzrə çıxarış alan xanımlar arasında hətta ahıl, 80 yaşdan yuxarı olan qadınlar da olub. Eyni zamanda cəbhə bölgəsində yerləşən rayon sakinləri olan xanımlara birbaşa olaraq ünvanlarında qeydiyyat xidmətləri göstərilib. Verilən çıxarışlar əsasən mənzilləri, fərdi yaşayış evlərini, pay torpaqlarını, həyətyanı torpaqları əhatə edib. 

Bu addım xanımlara dövlət qayğısının göstərilməsinin, sosiallıq prinsipinin ön planda olmasının əyani göstəricisidir. Kampaniya qeyd edilən təbəqədən olan xanımların daha rahat və optimal yolla əmlaklarını qeydiyyatdan keçirməsinə, onların məmnunluğunun təmin edilməsinə, vaxtlarına qənaət etməsinə şərait yaradıb.

Həmin gün xüsusi qayğıya ehtiyacı olan bir neçə qadınlar da növbəti mərhələdə çıxarışla əvəz olunması üçün lazımi sənədləri komitə əməkdaşlarına təqdim ediblər. Komitənin hüquqşünasları kampaniya çərçivəsində xanımların qeydiyyat prosesi və sənədlərlə bağlı suallarını cavablayıb, sənədlərin necə əldə edilməsi, hansı qurumlara müraciət edilməsi ilə bağlı istiqamət veriblər. Qadınlar sənədləşdirmənin sürətli və rahat şəkildə aparılması, xidmətlərin birbaşa ünvanlarında çatdırılmasından razılıqlarını ifadə ediblər.

Sosialyönümlü mahiyyət daşıyan belə tədbirlər əhalinin qeydiyyat xidmətlərinə olan marağını artırır, müxtəlif təbəqədən olan vətəndaşların xidmətlərdən faydalanmasını rahatlaşdırır. Xanımlar daşınmaz əmlaklarını rahatlıqla qeydiyyata almaqla yanaşı, həm də onlar mülkiyyət hüquqlarının və əmlaklarının dövlət tərəfindən qorunmasına tam əmin olurlar. Belə tədbirlər qadınların öz əmlaklarının daha aktiv şəkildə iqtisadi proseslərə cəlb etməsinə, ölkədə həyata keçirilən ictimai-siyasi fəaliyyətə geniş şəkildə qoşulmalarına imkan verir. Həmçinin daşınmaz əmlak bazarında xanım mülkiyyətçilərinin sayının artmasına, leqal əmlakların xüsusi çəkisinin çoxalmasına şərait yaradır.

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən vətəndaşların maksimum rahatlığını təmin etməyə yönələn tədbirlər, sosial layihələr davam etdiriləcək, ictimai xidmətlərdə vətəndaş məmnunluğu daha da artırılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9424
  • ₽ RUB
    0.0256