ƏMLAK

Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edildi
07 MART
426

Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edildi

2018-03-07 11:18:00

Milli Məclis Şəhərsalma və Tikinti Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanununa dəyişiklik edib. Fins.az xəbər verir ki, dəyişikliklər haqda deputatlara Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məruzə edib.

OTURDUĞUN YERDƏN HƏDİYYƏ QAZAN!

Komitə sədri deyib ki, 2016-ci ildə prezidentin müvafiq fərmanı ilə prezident yanında Mənzil İnşaat Dövlət Agentliyi yanında publik hüquqi şəxs qurumu yaradılıb:

“Ancaq bu təşkilat müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum kimi qeyd edilir. Biz təklif edirik ki, sonuncu cümlə həm İnzibati Xətalar Məcəlləsinə, həm də Şəhərsalma və Tikinti Məcəlləsində salınsın”.

Komitə sədri əlavə edib ki, Mənzil İnşaat Dövlət Agentliyi sosial evlərin tikintisi ilə məşğul olur ki, bu da ölkəmiz üçün əhəmiyyətli haldır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9921
  • ₽ RUB
    0.0273