ƏMLAK

Bakıda məcburi köçkünlər üçün yeni yaşayış binaları tikiləcək
05 MART
828

Bakıda məcburi köçkünlər üçün yeni yaşayış binaları tikiləcək

2018-03-05 10:02:00

Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu 3 şirkətlə ümumi dəyəri 11 mln. 812 min 054,22 manat olan satınalma müqaviləsi bağlayıb.

Fins.az xəbər verir ki, fondun Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi ərazisində 800 məcburi köçkün ailəsi zəruri sosial-texniki infrastrukturu olan yeni yaşayış məhəlləsində 9 mərtəbəli 54 mənzili 4 № yaşayış binasının tikintisi işlərinin aparılması üçün elan etdiyi tenderin qalibi "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC olub. Fond şirkətlə dəyəri 2 mln. 947 min 692,05 manat olan müqavilə bağlayıb.

Eləcə də bax: Azərbaycanda bu evləri özəlləşdirmək olmaz

Bundan başqa Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi ərazisində 800 məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastrukturu olan yeni yaşayış məhəlləsində 9 mərtəbəli 54 mənzili 3 № yaşayış binasının tikinti işlərinin aparılması üçün “Lanel” MMC ilə 2 mln. 945 min 942,50 manat olan müqavilə bağlayıb.

 Həmçinin, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi ərazisində 800 məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastrukturu olan yeni yaşayış məhəlləsində 9 mərtəbəli 54 mənzili 2 № yaşayış binasının tikintisi işlərinin aparılması üçün “Rabitəinşaat” ASC ilə 2 mln. 969 min 682,22 manat olan müqavilə bağlayıb.

 O cümlədən Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi ərazisində 800 məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastrukturu olan yeni yaşayış məhəlləsində 9 mərtəbəli 54 mənzili 1 № yaşayış binasının tikintisi işlərinin aparılması üçün “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC ilə 2 mln. 948 min 737,45 manat dəyərində müqavilə imzalanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256