ƏMLAK

Bakıda bank ofisi satışa çıxarıldı -435 min manat
05 MART
654

Bakıda bank ofisi satışa çıxarıldı -435 min manat

2018-03-05 09:23:00

Ləğv prosesində olan “Texnikabank” ASC-nin balansında olan əmlaka ilkin olaraq yarım milyona yaxın qiymət qoyulub. Fins.az xəbər verir ki, ləğv edilmiş bankın əmlakını Əmanətlərin Sığortalanması Fondu satır. Fondun elan etdiyi hərraclarda indiyədək bankın bir sıra əmlakı satışa çıxarılıb və ya icarəyə verilib.  

Bu dəfə hərraca çıxarılan əmlak Bakının Xətai rayonu, Babək prospekti, bina 12A, B bloku, qapı 1 (14-cü mərtəbə) ünvanında yerləşir. Bina 270,9 kv.m ümumi sahəyə malikdir, orta təmirlidir. 

Əmlakın ilkin qiyməti 435,1 min manatdır. Ofisin vəziyyəti ilə aşağıdakı şəkillərdən tanış olmaq olar:

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256