ƏMLAK

Azərbaycanda ən çox girov qoyulan əmlaklar
24 FEVRAL
443

Azərbaycanda ən çox girov qoyulan əmlaklar

2018-02-24 11:15:00

Azərbaycanda bazar münasibətləri genişləndikcə, əmlak sahibləri biznes proseslərinə daha yaxından cəlb edilir. Nəticədə daşınmaz əmlaklar da getdikcə daha tez-tez biznes əməliyyatlarının alqı-satqı və girov predmetinə çevrilirlər. FED.az Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) açıqladığı rəqəmlərə istinadən xəbər verir ki, 2017-ci ildə ölkədə aparılan biznes əməliyyatlarında girov qoyulan əmlakların sayı 2016-cı illə müqayisədə artıb.
 
Beləliklə, ƏMDK yanında Daşınma z Əmlakın Dövlət Reyestri Xidmətinin (DƏDRX) məlumatlarına görə, 2017-ci ildə Azərbaycanda 38 533 daşınmaz əmlak üzrə girov müqaviləsi qeydə alınıb. Bu, ötən ilin göstəricisindən 2776 müqavilə və ya 7,7% artıq olub. Bununla yanaşı, qeyd edək ki, 2015-ci ilin nəticələrinə görə, girov müqavilələrinin sayı daha artıq idi. Başqa sözlə, 2016-cı ildəki kəkin enmədən sonra 2017-ci ildə girov əmlaklar bazarı canlanmağa başlayıb. 

OTURDUĞUN YERDƏN HƏDİYYƏ QAZAN!

Azərbaycanda daşınmaz əmlak üzrə qeydə alınmış ipoteka müqavilələri

İllər

2015

2016

2017

Müqavilə sayı

41 371

35 757

38 533

2017-ci ildə Azərbaycanda ən çox girov qoyulan əmlaklar mənzillər və fərdi yaşayış evləri olub.  Belə ki, ötən il girov qoyulmuş ümumi 38,5 min əmlakdan 18,2 mini mənzillərin payına düşüb. Eləcə də ötən il 9,2 minfərdi ev, 6,9 min torpaq sahəsi girov qoyulub.

Daşınmaz əmlak növləri üzrə girov müqavilələri

Əmlak növləri

Müqavilə sayı

Umumi göstəricidə payı

İpotekanın ümumi sayı

38533

100.0%

Mənzil

18228

47,3%

Fərdi yaşayış və bağ evləri

9198

23,9%

Torpaq sahəsi

6864

17,8%

Digərləri

4243

11,0%

 
2016-cı illə müqayisədə ipotekaya qoyulan əmlakların sayı 7,7% artıb. Ayrı-ayrı əmlak növlərinə gəlincə, ötən il girov qoyulan mənzillərin sayında 11%-ə yaxın artım baş verib.  Fərdi yaşayış evləri üzrə girov müqavilələrinin sayında isə 7,4% azalma var. Ötən ilin nəticələri göstərir ki, 2017-ci ildə torpaq sahələrinin biznes əməliyyatlarında istifadəsi kəskin artıb, banklar və digər kredit təşkilatları torpaq sahələrini daha həvəslə girov kimi qəbul etməyə başlayıblar. Belə ki, ötən il torpaq sahələri üzrə 6,9 min ipoteka (girov) müqaviləsi bağlanıb ki, bu da əvvəlki illə müqayisədə 40% artıqdır.  
 

 Daşınmaz əmlak növləri üzrə girov müqavilələri

Əmlak növləri

Müqavilə sayı

Dəyişiklik

2016

2017

İpotekanın ümumi sayı

35 757

38 533

+7,7%

Mənzil

16 437

18 228

+10,9%

Fərdi yaşayış və bağ evləri

9 934

9 198

-7,4%

Torpaq sahəsi

4 902

6 864

+40,0%

Digərləri

4 484

4 243

-5,4%

 
 
Daşınmaz əmlaklar üzrə ən çox girov müqaviləsi ölkənin iqtisadi mərkəzi sayılan Bakıda bağlanılıb. Ötən il paytaxida ümumilikdə 19 776 ipoteka müqaviləsi bağlanılıb ki, bu da ölkə üzrə ümumi göstəricinin 51,3%-i və ya yarıdan çoxu deməkdir. Bakıdan sonra ən çox girov müqavilələri Sumqayıt (2712 müqavilə), Abşeron (2302 müqavilə), Xaçmaz (2256 müqavilə) və Gəncədə (2196 müqavilə) bağlanılıb. Abşeron yarımadasını nəzərə almayanda isə, ölkənin regionlarında ən çox girov qoyulan ərazilər Xaçmaz, Gəncə, Yevlax (1198 müqavilə) və Bərdə (1094 müqavilə) ərazi idarələridir. Əslində bu göstəriciləri həm də bölgədəki iqtisadi fəallığın indikatorları kimi qəbul etmək mümkündür.
 

Sıra №

Ərazi İdarələrinin adı

İpotekanın ümumi sayı

Azərbaycan Respublikası üzrə:

38 533

1

Bakı şəhər Ərazi İdarəsi

19 776

2

Sumqayıt) Ərazi İdarəsi

2 712

3

Abşeron Ərazi İdarəsi

2 302

4

Xaçmaz Ərazi İdarəsi

2 256

5

Gəncə Ərazi İdarəsi

2 196

6

Yevlax Ərazi İdarəsi

1 198

7

Bərdə Ərazi İdarəsi

1 094

8

Şirvan Ərazi İdarəsi

834

9

Şamaxı Ərazi İdarəsi

805

10

Tovuz Ərazi İdarəsi

743

11

Lənkəran Ərazi İdarəsi

696

12

Beyləqan Ərazi İdarəsi

671

13

Şəki Ərazi İdarəsi

670

14

Şəmkir Ərazi İdarəsi

668

15

Cəlilabad Ərazi İdarəsi

664

16

Zaqatala Ərazi İdarəsi

502

17

Qəbələ Ərazi İdarəsi

403

18

Ucar Ərazi İdarəsi

343

 
Ayrı-ayrı əmlak növləri üzrə girovların ölkənin bölgələri üzrə bölgüsünə nəzər saldıqda isə daha maraqlı nəticələr ortaya çıxır. Belə ki, DƏDRx-in açıqladığı məlumatlara görə, ölkədə mənzillərin ən çox girov qoyulduğu ərazilər Bakı şəhəri və Abşeron yarımadasıdır (Sumqayıt və Abşeron da daxil olmaqla).  Bütün girov qoyulan mənzillərin 88,6%-i bu üç ərazi idarəsinin payına düşür. Ölkənin regionlarında isə mənzillərin ən çox girov qoyulduğu bölgələr Gəncə, Yevlax, Şirvan və Bərdə ərazi idarələridir. Mənzillərin ən az girov qoyulduğu ərazi idarələri isə Şamaxı, ŞƏmkir və Qəbələdir – burada il ərzində cəmi 19-21 mənzil girov qoyulub.
 
Mənzillərin ən çox girov qoyulduğu bölgələr

Ərazi idarələri

İpoteka müqavilələrinin sayı

Ölkə üzrə ümumi

18 228

Bakı şəhər Ərazi İdarəsi

13 650

Sumqayıt Ərazi İdarəsi

1 708

Abşeron Ərazi İdarəsi

793

Gəncə Ərazi İdarəsi

614

Yevlax Ərazi İdarəsi

547

Şirvan Ərazi İdarəsi

229

Bərdə Ərazi İdarəsi

120

 
Mənzillərdən fərqli olaraq girov qoyulan fərdi evlərin əksəriyyəti regionların payına düşür. Belə ki, girov evlərin yalnız 40%-i Bakı və Abşeron yarımadasında yerləşir. Ölkənin bölgələrində fərli evlərin ən çox girov qoyulduğu ərazilər Bərdə, Gəncə, Xaçmaz və Cəlilabad ərazi idarələridir.  
 
Fərdi evlərin ən çox girov qoyulduğu bölgələr

Ərazi idarələri

İpoteka müqavilələrinin sayı

Ölkə üzrə ümumi

9 198

Bakı şəhər Ərazi İdarəsi

2 533

Bərdə Ərazi İdarəsi

792

Gəncə Ərazi İdarəsi

775

Abşeron Ərazi İdarəsi

705

Xaçmaz Ərazi İdarəsi

489

Cəlilabad Ərazi İdarəsi

430

 
Mənzil və fərdi evlərin ən çox girov qoyulduğu ərazi Bakı olsa da, torpaq sahələrinin girov göstəricilərində paytaxt birinci deyil. DƏDRX-in məlumatlarına əsasən, 2017-ci ildə Azərbaycanda torpaqların ən çox girov qoyulduğu bölgə Xaçmaz ərazi idarəsi (1545 müqavilə) olub. Torpaq girovlarının sayına görə, Xaçmaz və Bakıdan sonrakı yerləri Gəncə (628 müqavilə) və Şamaxı ərazi idarələri (574 müqavilə) tutur. Torpaqların ən az girov qoyulduğu bölgələr isə Ucar (59 müqavilə) və Cəlilabad (75 müqavilə) ərazi idarələri sayıla bilər.   
 
Torpaq sahələrinin ən çox girov qoyulduğu bölgələr

Ərazi idarələri

İpoteka müqavilələrinin sayı

Ölkə üzrə ümumi

6 864

Xaçmaz Ərazi İdarəsi

1 545

Bakı şəhər Ərazi İdarəsi

1 282

Gəncə Ərazi İdarəsi

628

Şamaxı Ərazi İdarəsi

574

Abşeron Ərazi İdarəsi

467

Sumqayıt Ərazi İdarəsi

392

 
Nəhayət, girov müqaviləsi predmet olan daşınmaz əmlakların Bakı və regonlar üzrə ümumi bölgüsünə nəzərə salaq. Göründüyü kimi, son 3 il ərzində ölkədə girov qoyulan daşınmaz əmlakların yerləşməçsi ilə bağlı vəziyyət dəyişib. Əgər 2015-2016-cı illərdə girovların yarıdan çoxu regionların payına düşürdüsə, 2017-ci ilin nəticələrinə görə, girov əmlakların yarıdan çoxu paytaxtdadır.
 

 

2015

2016

2017

 

Say

Bölgü

Say

Bölgü

Say

Bölgü

Ümumi say

41 371

100%

35 757

100%

38 533

100%

Bakı

19 850

48,0%

16 884

47,2%

19 776

52,3%

Regionlar

21 521

52,0%

18 873

52,8%

18 757

48,7%

 
 Mənbə: Daşınmaz əmlak jurnalı

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9794
  • ₽ RUB
    0.0271