ƏMLAK

Daşınmaz əmlaka etibarnamə ilə "kupça" almaq olarmı?
22 FEVRAL
1333

Daşınmaz əmlaka etibarnamə ilə "kupça" almaq olarmı?

2018-02-22 17:07:00

Qonşumdan etibarnamə ilə torpaq sahəsi almışam. Yalnız həmin etibarnaməni təqdim etməklə torpağa dair öz adıma reyestrdən çıxarış ala bilərəmmi? Fins.az Əmlak Məsələləri Dövlət Komitəsinə istinadən xəbər verir ki, daşınmaz əmlakı ( o, cümlədən torpaq sahəsini) etibarnamə əsasında alan şəxs həmin sənədlə öz mülkiyyət hüququnu qeydiyyata aldıra bilməz: "Məsələ burasındadır ki, etibarnamə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 362-ci maddəsinə uyğun olaraq bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalətdir. Yəni bir şəxs etibarnamə ilə digərinə hüquq verir ki, onu təmsil etsin. Lakin bu zaman etibarnamə verən şəxsin əmlakı digər şəxsin mülkiyyətinə keçmir. Hətta etibarnaməni sizə vermiş şəxs bir müddətdən sonra onu ləğv edə də bilər".

Komitədən bildirilib ki, qonşular arasında notariat qaydasında təsdiq edilmiş alqı-satqı müqaviləsi olduğu təqdirdə həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması məsələsinə baxıla bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9960
  • ₽ RUB
    0.0258