ƏMLAK

Azərbaycanlılar hər gün Türkiyədən 2 mənzil alır
21 FEVRAL
370

Azərbaycanlılar hər gün Türkiyədən 2 mənzil alır

2018-02-21 16:17:00

Türkiyə Statistika Təşkilatı yanvar ayında ölkə üzrə daşınmaz əmlak satışı ilə bağlı rəqəmləri açıqlayıb. Fins.az TÜİK-ə istinadən xəbər verir ki, yanvar ayında ölkə üzrə 97 min daşınmaz əmlak satışı reallaşdırılıb. 

Eləcə də bax: Tikinti icazələri şəffaflaşa bilər – QANUNDA DƏYİŞİKLİK

Bu rəqəm ötən ilin dekabr ayı ilə müqayisədə 27 faiz azalıb. 2017-ci ilin yanvar ayına nisbətdə isə 2018-ci ilin yanvarında əmlak satışı 1,7 faiz artıb. 

Ötən ay əcnəbilər Türkiyədən 1 760 mənzil satın alıblar. İraq vətəndaşları 272, Səudiyyə Ərəbistanı vətəndaşları 160, Əfqanıstan vətəndaşları 124, Rusiya vətəndaşları 121, Küveyt vətəndaşları isə 108 daşınmaz əmlak əldə ediblər. 

Azərbaycanlılar qonşu dövlətdən 65 mənzil alıblar. Hansı ki, bu rəqəm 2017-ci ilin yanvarında 54 mənzil təşkil edib. 

Qeyd edək ki, azərbaycanlılar Türkiyədən ev alan əcnəbilərin siyahısında 13-cü sırada qərarlaşıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256