ƏMLAK

Bakı və Abşeronda bəzi qəsəbələrin şəhərə çevrilməsi təklif edilir
17 FEVRAL
846

Bakı və Abşeronda bəzi qəsəbələrin şəhərə çevrilməsi təklif edilir

2018-02-17 13:01:00

Bakıda bəzi qəsəbələrin mikrorayona, Abşeronda isə şəhərə çevrilməsi təklif edilir.

Təmizlik Xidmətinə 50% ENDİRİM!

 Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya İnstitutunun Tibbi coğrafiya şöbəsinin müdiri, İnsan coğrafiyası istiqamətinin rəhbəri, coğrafiya üzrə elmlər doktoru Zakir Eminov bildirib ki, Əhmədli, Keşlə, Bibiheybət, Bakıxanov, Qaraçuxur qəsəbələrinin mikrorayona çevrilməsi daha düzgündür:

 “Bakının böyüməsi ilə əlaqədar əksər qəsəbələr artıq şəhərin bir hissəsinə çevrilib. Buna görə də belə qəsəbələri şəhərin mikrorayonu kimi qəbul etmək daha düzgündür. Əhmədli, Keşlə, Bibiheybət, Bakıxanov, Qaraçuxur paytaxtın mikrorayonu hesab edilərsə, bu ərazilərdə abadlıq, yendənqurma işlərini, əhaliyə sosial-mədəni xidməti daha yaxşı təşkil etmək mümkündür”.

 Z.Eminov təklif edir ki, Abşeron iqtisadi rayonunda olan qəsəbələrin də çoxu artıq şəhər kimi formalaşıb. Buna görə də Ələt, Sahil, Hövsan qəsəbələrinə şəhər statusu verilsin:

 “Abşeronun təbii, iqlim, torpaq şəraitinə görə bu qəsəbələr ətrafında kənd təsərrüfatını inkişaf etdirmək qeyri-mümkündür. Buna görə də respublikanın bir çox qəsəbələrinə şəhər statusu verilməlidir. Ümumiyyətlə, respublikanın yaşayış məntəqələrinin statusuna yenidən baxılması vaxtı çoxdan çatıb”.

 Hazırda Azərbaycanda 230-dan çox qəsəbənin olduğunu deyən Z.Eminov qeyd edib ki, qanunvericiliyə görə qəsəbənin əhalisinin sayı 15 min nəfərə çatarsa, ona şəhər statusunun verilməsi məsələsinə baxıla bilər.

 © Trend

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9658
  • ₽ RUB
    0.0267