ƏMLAK

Bakıda bu yaşayış yerləri plana düşdü - ÜNVANLAR
18 FEVRAL
3449

Bakıda bu yaşayış yerləri plana düşdü - ÜNVANLAR

2018-02-18 09:58:00
 Bakının daha bir rayonunda yaşayış üçün yararsız olan qəzalı binalar söküləcək.Fins.az xəbər verir ki, bu barədə Yasamal rayonu İcra Hakimiyyətindən məlumat verilib. Bildirilir ki, pilot layihə çərçivəsində Yasamal rayonunda Qırmızı Şərq küçəsində yerləşən az mərtəbəli və yaşayış üçün yararsız olan tikililərin sökülməsi barədə qərar qəbul olunub.

 Eləcə də bax: Bakıda "stalinka"ların sökülməsinə başlanılır

Adı çəkilən küçədə olan 101, 102, 103, 104 saylı qəzalı binalarda yaşayan sakinlər köçürüləcək və söküntü işlərinə başlanılacaq. Lakin hələlik pilot layihəni həyata keçirəcək şirkət müəyyən edilmədiyindən köçürülmə və söküntü işlərinin nə vaxt başlayacağı dəqiq bilinmir.

Şirkət müəyyən edildikdən sonra sakinlərlə əldə olunan razılıq nəticəsində kompensaisya ödəniləcək.
Qaynarinfo.az

Təmizlik Xidmətinə 50% ENDİRİM!

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9745
  • ₽ RUB
    0.0267