ƏMLAK

Səbail rayonunda söküləcək evlər açıqlanıb
13 FEVRAL
1481

Səbail rayonunda söküləcək evlər açıqlanıb

2018-02-13 10:57:00

Bakının Səbail rayonundan söküləcək evlər məlum olub. Fins.az xəbər verir ki,  Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Eldar Ağayev bildirib ki, köhnə binaların yerinə yeni çoxmərtəbəli binaların tikintisi işləri davam etdiriləcək. Rayonda mənzil tikintisi məsələləri gündəmdədi və bu işlə məşğul olan sahibkarlar tərəfindən 14 müasir layihə işlənib təsdiq olunub. Badamdar qəsəbəsində  tam yenidənqurmaya ehtiyacı olan, köhnə yaşayış binalarının sökülüb yerində müasir binaların tikintisi məqsədi ilə   Tofiq Məmmədov  küçəsi 1-3 və 3-5 ünvanlarında  çoxmərtəbəli yaşayış binalarının tikintisi ilə bağlı  işlər sürətlə davam edir, daha 2 ünvanda isə hazırlıq işləri görülür. 

Eləcə də bax: Nərimanov rayonunda söküləcək evlərin sayı açıqlandı

Bayıl-20-ci yaşayış sahəsində tam yenidənqurmaya ehtiyacı olan   binalarının sökülüb yerində müasir binaların tikintisi ilə bağlı 8 müasir layihə işlənib təsdiq olunmuş və artıq Neftçi Qurban və Xanlar küçələrində 3 ünvanda, Fuad Əbdürrəhmanov, Aqil Əliyev küçələrində tikinti işləri sürətlə davam edir. O cümlədən, şəhərin mərkəz hissəsində Rastropoviçlər küçələrində köhnə  yaşayış binalarının yerində  yeni layihələr işlənib təsdiq olunub və artıq icraya başlanıb. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9343
  • ₽ RUB
    0.0254