ƏMLAK

Eldar Əzizov Bayıl sakinlərindən vaxt istəyib
12 FEVRAL
369

Eldar Əzizov Bayıl sakinlərindən vaxt istəyib

2018-02-12 12:33:00

"Bayıldakı sürüşmədən sonra Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov əraziyə gəldi, bizimlə danışdı. Amma Eldar Əzizov kompensasiya ilə bağlı konkret vəd vermədi"

Eləcə də bax:Bayılda dəhşətli sürüşmə kameraya düşdü – VİDEO

Fins.az xəbər verir ki, bunu "Report"a Bayıl qəsəbəsində sürüşmə zonası zamanı evi torpağın altında qalan Telman Aslanov deyib."İcra başçısı bizə bir neçə gün vaxt verilməyini, dəymiş ziyanla bağlı məsələyə baxılacağını söylədi", - deyə, T.Aslanov əlavə edib.

O qeyd edib ki, sürüşmə zamanı evdə olmayıblar: "Evdəki bütün əşyalar sürüşmə nəticəsində damın altında qaldı. Neçə min manatlıq mebelim dağıldı".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9349
  • ₽ RUB
    0.0253