ƏMLAK

Hərraca çıxarılan dövlət əmlakını necə almaq olar?
09 FEVRAL
328

Hərraca çıxarılan dövlət əmlakını necə almaq olar?

2018-02-09 15:34:00

Son dövrlər özəlləşdirilən dövlət əmlakları ilə bağlı hərraclar artıb. Fins.az xəbər verir ki, özəlləşdirmədə iştirak etmək istəyən vətəndaşlar Əmlak Məsələləri Dövlət komitəsinin rəsmi saytına (e-emdk.gov) və ya Elektron Hökumət Portalına (e-gov.az ) daxil olaraq müvafiq bölməni seçir.

Hərracda iştirak qaydaları ilə tanış olduqdan sonra davam etmək üçün “Razıyam” düyməsini seçərək qaydaları qəbul etmiş olur. Sifariş verdiyi əmlakın ilkin satış qiymətinin 10 faiz beh məbləği haqqında məlumatla tanış olduqdan sonra telefon nömrəsini, poçt ünvanını daxil edir və “Sifariş ver” düyməsini sıxır. Sifariş blankındakı məlumatların düzgünlüyünü yoxladıqdan sonra “Beh ödə” düyməsindən istifadə edir. Behi ödənildikdən sonra istifadəçiyə Təsdiqetmə bildirişi təqdim edilir və təhlükəsizlik kodu poçt ünvanına göndərilir.

Qeydiyyatdan keçmiş şəxs (iştirakçı) hərracda canlı və yaxud onlayn rejimində iştirak edə bilər. Bunun üçün iştirakçı hərrac günü göstərilən vaxt hərrac keçirildiyi yerə gəlməli, yaxud hərracın keçirildiyi zaman Komitənin portalında müvafiq bölməyə keçərək hərracda iştirak etməlidir. Sifarişlərin qəbulu hərracın başlanmasına ən gec üç bank günü qalmış bitir.

İştirakçı elektron hərrac proqramına daxil olduqdan sonra hərracda iştirak etmə qaydaları ilə bir daha tanış ola bilər

İştirakçı “Lotların idarə edilməsi” bölməsini seçir. “Sifarişlərim” menyusuna keçərək sifariş verdiyi lotun sağ tərəfindəki hərraca qədər qeyri-aktiv, hərrac zamanı isə aktiv olan “Hərraca qoşul” düyməsini sıxır.

Yeni açılmış pəncərədə satışa çıxarılan əmlakın start qiyməti göstərilmiş “Start qiyməti” xanasının aşağısında “Lotun Cari qiymət” xanasına nəzər yetirərək “Təklif” və “Təklif”(təkrar) xanalarında təklif etmək istədiyi məbləği daxil edir və yaxud üzərində rəqəmlər olan düyməni 2 dəfə sıxdıqda minimum təklif olunmalı məbləği sistemə əlavə edir.

Hərrac rəqabətli keçdikdə ilkin satış qiyməti iştirakçılar tərəfindən əlavə etmə yolu ilə aparılır. Hər yeni təklif ilkin satış qiymətinin 1 faizindən az olmamalıdır, bu barədə qırmızı şriftlə olan yazı iştirakçını xəbərdar edir. Digər qırmızı şriftlə olan yazı son təklif vermiş iştirakçının lot nömrəsini göstərir. Hərrac İştirakçısı 60 saniyə ərzində “Təklif” və “Təklif”(təkrar) xanalarına öz təkliflərini daxil edərək “Əlavə et” düyməsi ilə təkliflərini təqdim etmiş olur.

Hərracın aparıcısı elan etdiyi qiymətə birinci münasibət bildirən iştirakçını seçir, administrator isə bu məlumatı kompyüterə daxil edir.

Hər son təklifdən sonra sistem avtomatik olaraq hərracı 60 saniyə uzadır. “İştirakçı nömrəsi” və “Cari qiymət” xanalarında müvafiq olaraq hər bir iştirakçının lot nömrəsi və təklif etdiyi qiymət öz əksini tapır.

Hərracda ən yüksək qiymət təklif etmiş iştirakçı qalib elan edilir. Ekranda hərracın tarixi, əmlakın satılması barədə məlumat, satış qiyməti və qalib alıcının nömrəsi qeyd olunur.

Hərrac günü müəyyən olunmuş vaxtda hər bir istifadəçi (qeydiyyatdan keçmiş və keçməmiş) e-hərracın gedişini https://e-emdk.gov.az/eHerrac/Home/Presentation linkindən izləyə bilər.

Qanunvericiliyə uyğun olaraq hərracın canlı və ya virtual iştirak etmiş qalibi 30 (otuz) bank günü müddətində ödənilməli olan pul vəsaitini satıcının müəyyən etdiyi hesaba köçürür. Alıcı göstərilən müddət ərzində ödənilməli olan məbləği ödəmədiyi halda onun tərəfindən ödənilmiş beh geri qaytarılmır, tam məbləğdə dövlət büdcəsinə köçürülür, əmlak isə satıcının sərəncamında qalır.

Ödəniş tam keçdikdən sonra əmlak müvafiq qurumlar tərəfindən qalib alıcının adına rəsmiləşdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9349
  • ₽ RUB
    0.0253