ƏMLAK

Nərimanov rayonunda söküləcək evlərin sayı açıqlandı
09 FEVRAL
2129

Nərimanov rayonunda söküləcək evlərin sayı açıqlandı

2018-02-09 10:30:00

Nərimanov rayonunda 219 bina söküləcək. Fins.az xəbər verir ki, 11031 nəfərin yaşadığı 3028 mənzildən ibarət 219 bina sökülməsi və yenidən qurulması qərara alınıb. Rayon icra hakimiyyətindən verilən məlumata görə, bunun üçün rayon ərazisində qəzalı vəziyyətdə olan yaşayış binaları siyahıya alınıb və bərpası mümkün olmayan binalar sökülərək  yerində müasir üslubda yeni binaların inşa edilməsi ilə bağlı işlərə başlanılıb. Belə ki rayon icra hakimiyyəti başçısının sərəncamına əsasən 27 sahibkar tərəfindən 36 hündürmərtəbəli və çoxmənzilli binaların layihələndirilməsi və inşası üçün torpaq sahələri ayrılıb.

Eləcə də bax:Nüsrət İbrahimov: Mart-avqust aylarında mənzillərin qiyməti dəyişəcək

Sərəncama əsasən yeni yaşayış binalarının inşa ediləcəyi ünvanlar və şirkətlər müəyyənləşdirilib.Bir sıra ünvanlarda sakinlərlə bağlanmış müqavilələr əsasında onların köçürülməsi, ərazilərin boşaldılması işləri artıq başa çatdırılıb və tikinti işlərinə başlanılıb. Digər ünvanlarda isə müqavilələrin bağlanması və sakinlərin köçürülməsi işləri davam etdirilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9479
  • ₽ RUB
    0.0259