ƏMLAK

Abşeronda bina tikilən ərazilər açıqlandı
08 FEVRAL
465

Abşeronda bina tikilən ərazilər açıqlandı

2018-02-08 12:16:00

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova 2017-ci ildə rayonda tikinti sektoru üzrə görülən işləri açıqlayıb. O bildirib ki, 2017-ci ildə rayon ərazisində tikinti sektorunda  işlər canlanıb, sahibkarlar tərəfindən rayonun Xırdalan şəhəri, Saray, Ceyranbatan qəsəbələri və Masazır kəndi ərazisində çoxmənzilli yaşayış binalarının tikintisi davam etdirilib. Qeyd olunan ərazilərdə 7 Mənzil Tikinti Kooperativi tərəfindən 11683 mənzildən ibarət 126 çoxmənzilli yaşayış binasının tikintisinə başlanılıb və bu məqsədlə 2017-ci ilin ötən dövründə 42.4 milyon manatlıq investisiya qoyulub.

Eləcə də bax:"Azərbaycanda evlərin qiyməti 2-3 ilə kəskin düşəcək"-AÇIQLAMA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9349
  • ₽ RUB
    0.0253