ƏMLAK

Tikinti kooperativlərinin fəaliyyəti bərpa ediləcək
07 FEVRAL
205

Tikinti kooperativlərinin fəaliyyəti bərpa ediləcək

2018-02-07 12:37:00

"Ölkədə iqtisadiyyatın inkişafı sürətləndikcə əhalinin sosial vəziyyəti də yaxşılaşmağa doğru davam edir və mövcud vəziyyətlə bağlı əhalinin mənzilə olan tələbatının qarşılanması və mənzil sahibi olmaq istəyən insanların istəklərinin təmin edilməsi məqsədilə "Azərbaycan Sənaye Korporasiyası" ASC-nin idarəçiliyində olan tikinti kooperativlərinin fəaliyyəti bərpa ediləcək".

Bunun "Azərbaycan Sənaye Korporasiyası" ASC-nin baş direktoru Kamran Nəbizadə "Regionların 2014-2018-ci illərdə sosial iqtisadi inkişafı" dövlət proqramının icrasının dördüncü ilinin yekunları: qarşıda duran vəzifələr" mövzusunda keçirilən tədbirdə deyib.

K.Nəbizadənin sözlərinə görə, kooperativlərin bir şirkətin nəzdində toplanması nəzərdə tutulur.

"Bu məqsədlə tikilməkdə olan və tikilməsi nəzərdə tutulan mənzillərə daşınmaz əmlak sertifikatlarının buraxılışının tətbiqi istiqamətində aiddiyyatı icra hakimiyyəti orqanları ilə işlər görülür", - deyə baş direktor vurğulayıb.

APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9904
  • ₽ RUB
    0.0277