ƏMLAK

Yeni mənzil alanlar nəyə diqqət yetirməlidir? - 5 MƏSLƏHƏT
06 FEVRAL
357

Yeni mənzil alanlar nəyə diqqət yetirməlidir? - 5 MƏSLƏHƏT

2018-02-06 15:12:00

Mütəxəssislərə görə, normal gəlir səviyyəsinə malik, valideynlər və iki-üç uşaqdan ibarət ailə üçün sahəsi 70-100 kvadratmetr aralığında olan yaşayış sahəsi ideal mənzil hesab edilir. Sahəsi bundan artıq olan mənzil yükdür.
 
Sahəsi 100 kvadratmetrədək olan mənzil alarkən belə aşağıda sadalayacağımız məqamlara diqqət yetirmək lazımdır.

EYVAN SAHƏSİNƏ VƏ SAYINA FİKİR VERİN

1 və ya 2 otaqlı mənzildə eyvan sayına və sahəsinə fikir vermək lazımdır. Yuyulan paltarların qurudulması üçün kiçik bir eyvanın olması kifayətdir. Ümumi sahəsi 65 kvadratmetrədək olan mənzilin 2, sahəsi 100 kvadratmetr ətrafında olan mənzilin isə 3-4 eyvanının olması itkidir. Bəzi layihələrə nəzər saldıqda məlum olur ki, bu eyvanların cəmi sahəsi 6-8 kvadrat metrədək çıxa bilir. Onsuz da sahəsi az olan mənzilin xeyli hissəsinin istifadəsiz olması yolverilməzdir. Buna görə, 1 və ya 2 otaqlı mənzildə sahəsi 3 kvadratmetrədək 1 eyvanın olması kifayətdir.

Almaq istədiyiniz mənzildə 1 eyvan olsa belə, onun böyüklüyünə baxın.

Məsələn, hazırda Bakıda pilot layihələrdən birində satılan 71 kvadratmetr mənzilin təxminən 10 kvadratmetri eyvandır. Həmin layihədə təmirli mənzilin 1 kvadratmetrinin qiyməti 1350 manatdır. Bu qiymətlə hesabladıqda həmin 10 kvadratmetrlik eyvan üçün 13500 manat ödənilməlidir. Alıcı bu məbləği ödəyəcək, amma böyük ehtimalla  həmin sahənin böyük hissəsi istifadəsiz qalacaqdır. 71 kvadratmetr sahəyə malik mənzilidə 3 kvadratmetrədək eyvan kifayət edir. Yuxarıda qeyd edilən mənzili alan şəxs eyvanın 7 kvadratmetr daha böyük olmasına görə 9450 manat itirəcəkdir. Bu da o deməkdir ki, istifadə edilməyən eyvan sahəsinə görə mənzilin 1 kv metri müştəriyə 150 manatadək baha gəlir.
 
DƏHLİZİN SAHƏSİNƏ DƏ DİQQƏT YETİRİN

Alacağınız mənzilin dəhlizinin sahəsinə də diqqət yetirin. Effektiv mənzil planlaması olan layihələrdə, 6-7 kv. metr dəhliz orta ölçülü 2 otaqlı mənzil üçün kifayət edir. Effektiv mənzil planlanması olmayan əksər tikinti şirkətləri 2 otaqlı 71 kv. metrlik mənzilin dəhliz sahəsini 15 kv. metrdən daha artıq edir ki, bu da öz növbəsində mənzil sahibinə mənzilin 1 kv metrinin təxminən 200 manatadək baha gəlməsi deməkdir. İkiotaqlı mənzil alarkən elə layihələrdən mənzil almaq lazımdır ki, salon, yataq otağı və mətbəxt normal sahələrdə olsun, ümumi sahə dəhliz və balkona görə böyük olmasın.

KİÇİK MƏNZİLDƏ BÖYÜK DƏHLİZ DAHA BÖYÜK İTKİDİR
 
Dəhliz (hol) mənzilin giriş hissəsidir, insan gününü bu hissədə keçirmir. Ümumi sahəsi az olan mənzillərdə (44-64 kv.m civarında) dəhlizin böyük olması salon və mətbəxin daralacağı deməkdir. Sahəsi az olan mənzil alan zaman dəhlizin kiçik olmasına və ya kiçildilməsi imkanının olub-olmadığına baxın.

Əksər tikinti şirkətləri alıcılara mənzilin daxilində dəyişikliklər etmək imkanı yaradırlar. Bu imkanı yaradan şirkətlərdən mənzil almağı tövsiyə edirik. Eyni zamanda, mənzilin layihəsi dəyişikliklər aparmağa da imkan verməlidir. Elə layihələr var ki, nə qədər etsəniz effektiv mənzil planlaşdıra bilməyəcəksiniz.

AŞAĞI QİYMƏT TƏKLİF EDİLDİKDƏ ON DƏFƏ DÜŞÜNÜN
 
Bir sıra tikinti şirkətləri mənzilləri bazar qiymətlərindən aşağı təklif edirlər. Araşdırmalar göstərir ki, bu “ucuzluq” həm keyfiyyətin aşağı olması, həm də bir sıra çatışmazlıqlar ilə bağlıdır. Məsələn, binanın fasadı sadəcə suvanaraq rənglənir. Belə olan halda isə sakinlər yaşadıqları zamanı qışda mənzillərin isidilməsinə, yayda isə soyudulmasına daha çox pul xərcləyirlər. Təcrübə göstərir ki, mənzilləri daha ucuz qiymətlər ilə satılmış binalara daha gec təbii qaz verilir. Sonradan sakinlər rəsmiləşdirməyə xeyli pul ödəməli olurlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0016
  • ₽ RUB
    0.0276