ƏMLAK

Bayılda hündürmərtəbəli yaşayış binaları sökülür - VİDEO
06 FEVRAL
1322

Bayılda hündürmərtəbəli yaşayış binaları sökülür - VİDEO

2018-02-06 10:49:00

əbail rayonunun Bayıl qəsəbəsində geniş köçürmə və söküntü işlərinə başlanılıb. Fins.az “Xəzər xəbər”ə istinadən xəbər verir ki, istismar müddətini başa vurmuş ikimərtəbəli binalarda yaşayanlar köçürülür.

Söküləcək bu binaların yerində çoxmərtəbəli yeni binalar tikiləcək.

Bayıl qəsəbəsində ən geniş söküntü işləri Xanlar küçəsində icra olunur. Buradakı sakinlərin bir hissəsi evdən çıxıb, digər sakinlərlə isə danışıq aparılır. İşlər pilot layihə çərçivəsində həyata keçirilir.

Artıq boşaldılan evlərin sökülməsinə start verilib. İş icraçılarının sözlərinə görə, Xanlar və Əlibəyov qardaşları küçələrində 4 yeni binanın tikilməsi planlaşdırılır. Aparılan araşdırmalara əsasən həmin ərazidə sürüşmə ehtimalının olmadığı bildirilir.

Evlərindən köçürülən sakinlərə kirayə pulları da ödəniləcək.

Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Abit Əliyevin verdiyi məlumata görə, hazırda rayon ərazisində 12 belə layihə mövcuddur. Onlardan 6-da iş aparılır, digər 6-da isə layihələndirmə və köçürmə işi həyata keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9349
  • ₽ RUB
    0.0253