ƏMLAK

Bu ildən şəxsi yığımları az olan əhali üçün ipoteka kreditləri üzrə zəmanət mexanizmi tətbiq olunacaq
12 YANVAR
438

Bu ildən şəxsi yığımları az olan əhali üçün ipoteka kreditləri üzrə zəmanət mexanizmi tətbiq olunacaq

2018-01-12 17:58:00

Şəxsi yığımları az olan əhaliyə daha aşağı ilkin ödəniş məbləği ilə ipoteka krediti vasitəsilə yaşayış sahəsi almağa şəraitin yaradılmasını təmin edilməsi məqsədilə zəmanət mexanizminin tətbiqi ilə bağlı işlər yekunlaşıb.

Fins.az-ın məlumatına görə, bu “İpoteka və Kredit Zəmanət Fondu” ASC-nin 2017-ci ildə fəaliyyəti ilə bağlı hesabatda öz əksini tapıb.

Məlumatda qeyd olunub ki, Cəmiyyət ilə Dünya Bankı arasında imzalanmış birgə əməkdaşlığa dair saziş çərçivəsində qabaqcıl beynəlxalq təcrübə araşdırılıb. Dünya Bankının mütəxəssislərinin iştirakı ilə zəmanətlərin verilməsi üzrə müvafiq qaydaların layihəsi hazırlanıb, eləcə də risklərin idarə edilməsi üzrə baza modeli və müvafiq mexanizm formalaşdırılıb.

İpoteka kreditləri üzrə zəmanət mexanizminin 2018-ci ilin ilk rübündə tətbiqinə başlanılması nəzərdə tutulur.

“Zəmanət mexanizminin tətbiqi ipoteka kreditlərinin verilməsi prosesinin sürətləndirilməsi və sadələşdirilməsinə, habelə maliyyə risklərinin optimal idarə olunmasına zəmin yaradacaq”, - deyə məlumatda vurğulanıb. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0001
  • ₽ RUB
    0.0277