ƏMLAK

Bakıda sement bahalaşdı
08 YANVAR
981

Bakıda sement bahalaşdı

2018-01-08 12:14:00
Bakıda sement bahalaşıb. Bu barədə Fins.az-a AF Euro Home tikinti materialları bazarından bildirilib. Məlumata görə, dekabr ayının 25-dən etibarən Norm və Holcim markalarına aid sementlərin qiyməti 5-6% artıb. Belə ki, 300 marka Norm və Holcim sementləri 5 manatdan 5.3 manata, 400 marka sementlərin qiyməti isə 6 manatdan 6.30 manata qədər bahalaşıb. Bununla belə, zavod qiymət artımının səbəbini açıqlamayıb.
Bazardan bildirilib ki, sementin qiyməti artsa da, digər tikinti materiallarının qiymətində artım müşahidə edilmir. Hətta bəzi tikinti materialları nisbətən ucuzlaşıb.  
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9326
  • ₽ RUB
    0.0255