ƏMLAK

Azərbaycanda bu sahənin işçilərinə bina tikilir – RƏSMİ
29 DEKABR 2017
983

Azərbaycanda bu sahənin işçilərinə bina tikilir – RƏSMİ

2017-12-29 19:51:00

MİDA-nın dövlət sifarişi əsasında mənzil tikintisi üzrə ilk layihəsi “ən azı 5 il dövlət ümumtəhsil məktəbində müəllim işləyən gənc ailə üzvü” kateqoriyasına aid olmayan, təhsil sahəsində çalışan digər işçiləri əhatə edəcək. Agentlikdən Fins.az-a verilən məlumata görə, Təhsil Nazirliyinin müraciəti əsasında reallaşdırılacaq ilk dövlət sifarişi layihəsi çərçivəsində Yasamal Yaşayış Kompleksinin ərazisində 1 binanın tikintisi nəzərdə tutulur.

Həmin yaşayış evinin mənzillərinin bir hissəsi Təhsil Nazirliyi tərəfindən təhsil işçilərinə təqdim olunacaq, qalan hissəsi isə “MİDA” MMC-nin sərəncamına verilərək “Güzəştli mənzil” elektron sistemi vasitəsilə satışa çıxarılacaq. 

Qeyd edək ki,  Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən mənzil təminatı üçün 2 əhali qrupu hədəf olaraq müəyyən edilir: seçilmiş kateqoriyalara aid edilən şəxslər və Dövlət Sifarişi əsasında müəyyənləşdirilən şəxslər. Yol Xəritəsinə əsasən, dövlət sifarişi – müvafiq dövlət orqanının, təşkilatının və ya müəssisəsinin MİDA tərəfindən inşa ediləcək binalarda uyğun qiymətə mənzillərin ayrılması ilə bağlı qanunvericiliklə müəyyən olunmuş qaydada edilən sifarişidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9267
  • ₽ RUB
    0.0258