ƏMLAK

Elektron “kupça” nəyi dəyişəcək?
14 DEKABR 2017
706

Elektron “kupça” nəyi dəyişəcək?

2017-12-14 16:40:00

Nazirlər Kabinetinin təsdiq etdiyi yeni qaydalara əsasən, mənzilin dövlət reysterindən çıxarışı (“kupça”) elektron qaydada veriləcək. Dəyişikliyə əsasən, mənzilin hüquqi sahibi öz elektron imzası ilə “Elektron Hökumət” portalı vasitəsi ilə bu sənədə sahib ola biləcək. Bəs elektron “kupça” nəyi dəyişəcək?

İqtisadçı-ekspert Vüqar Bayramov Fins.az-a bildirib ki, “kupça”ların elektron verilməsi həm prosedurların sayının azaldılması, həm də şəffaflığın gücləndirilməsi baxımdan müsbət haldır: “Bizim apardığımız monitorinqlər göstərir ki, Bakıda inşa edilən yeni binaların təxminən 80 faizindən çoxunda mənzillərin dövlət reysterindən çıxarışları yoxdur. Buna görə də, kommunal xidmətlər ilə tam təmin edilmiş yeni tikililərin dövlət tərəfindən təhvil alma prosesinin sürətlənidirilməsinə ehtiyac var”. O bildirib ki, İqtisadi və Sosial İnkişaf Mərkəzinin hazırladığı təkliflərdə həmçinin 2016-cı ildən əvvəl tam istifadəyə verilmiş binaların hamısının dövlət qeydiyyatına alınması və mənzillərin elektron olaraq “kupça” ilə təmin olunması da yer alır.

Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı Fins.az-a bildirib ki, mənzillərin onlayn qeydiyyatı üzrə bir çox işlər görülüb. O cümlədən, buna “”Forma 1”lərin elektron qaydada verilməsini aid etmək olar. Əsas məqsəd ondan ibarətdir ki, qeydiyyat sistemi sadələşdirilsin və vaxt itkisinə yol verilməsin.

R.Osmanlı qeyd edib ki, əmlak bazarında qiymətlərdə hər hansı bir indiqatorların dəyişməsi baxımından təsiri olmayacaq. Amma sözsüz ki, alqı-satqı əməliyyatlarının sadələşməsi və əqdlərin dinamikasının artımına xidmət edən məsələdir. Bununla yanaşı, daşınmaz əmlakın qeydiyyatının sadələşdirilməsi sahəsində görülən işlərin davam etdirilməsi Azərbaycanın “Doing Business” hesabatlarında daha da irəriləməsinə təsir göstərəcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0069
  • ₽ RUB
    0.0273