ƏMLAK

Türkiyədə bahalı evlər alan Azərbaycanlılar artır – EKSKLÜZİV
07 DEKABR
274

Türkiyədə bahalı evlər alan Azərbaycanlılar artır – EKSKLÜZİV

2017-12-07 12:49:00
Azərbaycanlılar Türkiyədən bahalı evlər almağa başlayıblar. Bu Fins.az-a açıqlamasında Türkiyənin “Elit Group” inşaat, əmlak və investisiya şirkətinin nümayəndəsi Yulia Barsan məlumat verib. Onun sözlərinə görə, şirkətin əsas premium müştərilərinin bir hissəsi varlı Azərbaycan vətəndaşlarıdır.
O bildirib ki, hazırda şirkətin Alanya bölgəsində tikdiyi layihələrdə evlərin qiyməti 50 min avrodan başlayır. Azərbaycanlı müştərilər əsasən 500 min -1 milyon avro dəyərində evləri, villaları alırlar. Söhbət dəyəri 2 milyon manat olan evlərdən gedir.
 Y.Barsan  azərbaycanlı müştərilərin hər il artdığını bildirib. Belə ki, 2017-ci ildə şirkətin Azərbaycandan olan müştərilərinin sayı ötən illə müqayisədə 10% artıb: "Azərbaycanda daşınmaz əmlak sərgisində iştirak etməyimiz də məhz yeni müştərilər cəlb etməklə bağlıdır. Bizi Azərbaycandakı daşınmaz əmlak sərgisinə də varlı müştərimiz dəvət etdi. Buradan yeni müştərilər əldə edəcəyimizə ümid edirik”.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+8°C
  • $ USD
    1.7000
  • € EUR
    1.9995
  • ₽ RUB
    0.0287