ƏMLAK

Bu il Azərbaycanda 412 çoxmərtəbəli bina qazlaşdırılıb
05 DEKABR 2017
292

Bu il Azərbaycanda 412 çoxmərtəbəli bina qazlaşdırılıb

2017-12-05 12:50:00

SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi çoxmərtəbəli binalara təbii qazın verilməsi istiqamətində fəaliyyətini davam etdirir. İstehsalat Birliyindən  verilən məlumatına görə, görülmüş işlərin nəticəsidir ki, 2017-ci ilin yanvar-noyabr ayları ərzində birliyin operativ fəaliyyətinin nəticəsi olaraq, hüquqi və fiziki şəxslərin müraciətləri araşdırılıb və müvafiq sənədləri təqdim etmiş 412 çoxmərtəbəli binanın qazının açılması təmin olunub. Bu isə ümumilikdə, 18 477 mənzili əhatə edir. Ümumiyyətlə, İB qazın satışı ilə məşğul olan bir qurum olaraq zəruri sənədləri təqdim edib, bütün normativ-texniki və təhlükəsizlik tələblərinə cavab verən istənilən çoxmərtəbəli binaya ən qısa müddətdə qaz açılmasının təmin olunmasında hər zaman maraqlıdır.

© APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9906
  • ₽ RUB
    0.0276