ƏMLAK

Bakıda evləri sökülən sakinlər yeni mənzilə nə vaxt köçəcək?- ŞAD XƏBƏR
01 DEKABR 2017
1618

Bakıda evləri sökülən sakinlər yeni mənzilə nə vaxt köçəcək?- ŞAD XƏBƏR

2017-12-01 14:23:00
Amerika səfirliyinin yaxınlığında pilot layihə çərçivəsində sökülən evlərin yerində yeni binaların təhvil veriləcəyi tarix məlum olub. Bu barədə Fins.az layihəni icra edən “Draft Construction” şirkətinin hüquqşünası Sadiq Bağırov məlumat verib. Söhbət Eldar Tağızadə, İzzət Həmidov, Süleyman Rüstəm küçələri ilə Azadlıq prospektinin kəsişmələrində sökülən fərdi yaşayış evlərindən gedir. O bildirib ki, bu ərazidə tikilən yeni binalar 2018-cı ilin sentyabr ayında tam olaraq sakinlərə təhvil veriləcək: “ Şirkət 3 pilot layihəni icra edir. Bu layihələrdən birinin icrası adı çəkilən ərazidə başlayıb. Sökülən evlərin sahəsi hesablandıqdan sonra 10% artırılmaqla sakinlərə tam təmirli evlər veriləcək”. S.Bağırov bildirib ki, bəzi hallarda artırılan sahə hətta 15%-dən 50%-ə qədər yüksəlir: “Vətəndaş 18 kv.m-lik mənzildə qalırdısa, minimum yaşayış sahəsinin 37 kv.m olduğunu nəzərə alsaq, bu o deməkdir ki, evin sahəsinin 50%-ni artıq veririk”. Bəzi hallarda isə evin sahəsi 100% artır. S.Bağırov bildirir ki, bəzi hallarda vətəndaşlar 10 kv.m-lik mənzil üçün “kupça” alırlar. Bu sakinlər üçün də minimal olaraq 37 kv.m-lik ev nəzərdə tutulur. Layihə təhvil verilənə qədər  isə sakinlərin kirayə haqqlarını şirkət qarşılayır.  
S.Bağırov bildirib ki, “Draft Construction” digər şirkətlərdən fərqli olaraq evlərin qiymətini divar ölçüsündən deyil, iç ölçüsü əsasında hesablayır: “Mənzilin ölçüsü 100 kv.m göstərilirsə, onun iç ölçüsüdü də 100 kv.m-dir”.   
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9848
  • ₽ RUB
    0.0253