ƏMLAK

Kərəm Həsənov Sumqayıt şəhərində vətəndaşları qəbul edib
30 NOYABR
236

Kərəm Həsənov Sumqayıt şəhərində vətəndaşları qəbul edib

2017-11-30 13:07:00

Azərbaycan Respublikasının Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həll olunması üçün tədbirlər görürlər. Növbəti belə qəbul 30 noyabr 2017-ci il tarixində Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov tərəfindən Sumqayıt şəhərində keçirilib.

Qəbulda Sumqayıt şəhəri ilə yanaşı Qubadlı rayonundan olan vətəndaşlarda iştirak edərək müraciətlərini səsləndiriblər. Komitə sədri Kərəm Həsənov qəbul keçirilən gün birbaşa müraciət edən vətəndaşların da müraciətləri və təkliflərini dinləyərək, hərtərəfli öyrənilməsi və qanunvericiliyə uyğun tədbirlərin görülməsi üçün nazirliyin müvafiq strukturlarının rəhbərlərinə tapşırıqlar verib. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan digər məsələlər araşdırılması üçün nəzarətə götürülüb.

Qəbula gələn vətəndaşlar əsasən hərraclar yolu ilə dövlət əmlakının özəlləşdirilməsi, elektron şəkildə hərraclarda iştirak qaydaları, daşınmaz əmlakın sənədləşdirilməsi ilə bağlı müraciətlərini ünvanlayıblar. Müraciətlərin bir qismi komitə tərəfindən yeni istifadəyə verilən qabaqcadan qeydiyyat mexanizmi və elektron çıxarış ilə bağlı olub. Müraciətlər sırasında torpaq sahəsinin sərhədlərinin dəqiqləşdirilməsi, vaxtilə yol verilmiş faktiki və sənəd uyğunsuzluqları ilə bağlı müraciətlər də olub.

Komitə sədri hərrac prosedurları və üstünlükləri barədə qeyd edərək bildirib ki, vətəndaşlarımız keçirilən açıq və şəffaf hərraclar yolu ilə rahat şəkildə əmlaka yiyələnə bilir. Qeyd olunub ki, bu hərraclara vətəndaşlar olduqları yerdən ayrılmadan, onlayn qaydada qatıla bilərlər. Həmçinin hərrac keçirilən gün hərracın gedişatını canlı izləmək mümkündür. Bundan ötrü komitənin elektron resursu olan emdk.gov.az portalına keçid etmək kifayətdir. Hərracda qalib olan şəxs aldığı əmlak üzərində mülkiyyət hüquqlarını təsdiq edən çıxarışı da qısa zamanda əldə edə bilir.

Qəbulda iştirak edən vətəndaşlara qabaqcadan qeydiyyat mexanizminin mahiyyət və faydaları barədə məlumat verilib. Bildirilib ki, vətəndaşlar artıq tikilməkdə olan evləri də müvafiq sənədlər əsasında qabaqcadan qeydiyyata aldıra bilərlər. Qabaqcan qeydiyyat mexanizmi bir mənzilin bir neçə şəxsə satılmasının, həmçinin alınan evin sahəsinin çox göstərilməsi kimi halların qarşısını alır. Digər elektron xidmət olan elektron çıxarış barədə ünvanlanan müraciətlərə isə cavab olaraq bildirilib ki, bu xidmət sayəsində vətəndaş öz arzusuna görə çıxarışı elektron və ya kağız formada əldə edə bilir.

Elektron kadastr ilə bağlı məsələlərə toxuna sədr Kərəm Həsənov qeyd edib ki, komitə tərəfindən ölkə üzrə torpaqların elektron kadastr uçotu məlumat bazasının yaradılması və rəqəmsal kadastr xəritələrinin hazırlanması işləri uğurla həyata keçirilir. Sumqayıt şəhəri üzrə daşınmaz əmlaklar haqqında elektron kadastr məlumat bazası  yaradılıb və rəqəmsal kadastr xəritəsi tərtib edilib. Eyni zamanda Sumqayıt şəhərinin bələdiyyə xəritəsi də hazırlanmışdır.

Qəbul zamanı sorğu xarakterli müraciətlərlə bağlı vətəndaşlara hüquqi izahatlar verilib. Komitə sədrinin qəbulda verdiyi tapşırıqlar nəticəsində bir sıra müraciətlər operativ həll olunub.

Sədr komitənin struktur və qurum rəhbərlərinə vətəndaş müraciətlərinə həssas yanaşılması, qanunvericiliyə əsasən cavablandırılması, vətəndaşlara göstərilən xidmətlərdə operativlik və şəffaflığın təmin olunması barədə tapşırıqlarını verib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+10°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0032
  • ₽ RUB
    0.0289