ƏMLAK

Prezident iki rayona pul ayırdı - SƏRƏNCAM
29 NOYABR 2017
1033

Prezident iki rayona pul ayırdı - SƏRƏNCAM

2017-11-29 18:58:00

Prezident İlham Əliyev noyabrın 29-da Ağcabədi və Tərtər şəhərlərində çoxmənzilli binaların əsaslı təmiri və abadlıq-quruculuq işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncamlar imzalayıb.

 Belə ki, Ağcabədi şəhərində 25 çoxmənzilli binanın əsaslı təmirinə başlanılması və abadlıq-quruculuq işlərinin davam etdirilməsi üçün podratçı təşkilatlara zəruri avansın ödənilməsindən ötrü 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Ağcabədi Rayon İcra Hakimiyyətinə 3 milyon manat, o cümlədən 25 çoxmənzilli binanın əsaslı təmiri üçün 2 milyon manat, abadlıq-quruculuq işlərinin davam etdirilməsi üçün 1 milyon manat ayrılıb.

Tərtər şəhərində isə 20 çoxmənzilli binanın əsaslı təmirinə başlanılması və abadlıq-quruculuq işlərinin davam etdirilməsi üçün podratçı təşkilatlara zəruri avansın ödənilməsindən ötrü 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Tərtər Rayon İcra Hakimiyyətinə 3 milyon manat, o cümlədən 20 çoxmənzilli binanın əsaslı təmiri üçün 1,5 milyon manat, abadlıq-quruculuq işlərinin davam etdirilməsi üçün 1,5 milyon manat ayrılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+3°C
  • $ USD
    1.7001
  • € EUR
    2.1335
  • ₽ RUB
    0.0302