ƏMLAK

Mənzillərin qiyməti ilə bağlı Açıqlama
29 NOYABR
1078

Mənzillərin qiyməti ilə bağlı Açıqlama

2017-11-29 16:32:00

Daşınmaz əmlak bazarında qiymətlər manat ekvivalentində 1-1,5 faiz azalıb. 

Fins.az xəbər verir ki, bunu  "MBA Group" konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov deyib.

Onun sözlərinə görə, ötən ay torpaq bazarında qiymətlər stabilləşib. Mənzil kirayəsi bazarında 6,06 faiz, kommersiya obyektlərinin kirayəsində 4,73 faiz bahalaşma baş verib: "İlkin və köhnə mənzil bazarında qiymətlər ilin əvvəlindən müvafiq olaraq 10,46 faiz və 4,31 faiz azalıb. Kommersiya obyektləri bazarında 19,01 faiz, obyektlərin icarəsi bazarında isə 15,38 faiz ucuzlaşma baş verib".

Qeyd edək ki, Dövlət Statistika Komitəsi Azərbaycanda mənzillərin kirayə haqqındakı aylıq bahalaşmanın zəiflədiyini açıqlayıb. Oktyabr ayı ərzində mənzillərin kirayəsi 0,3% bahalaşıb. Sentyabr ayında isə bu göstərici 1,5% təşkil edib. Oktyabrda mənzillərin orta aylıq kirayə haqqı 96,15 manat təşkil edib.

© Oxu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+10°C
  • $ USD
    1.7001
  • € EUR
    1.9994
  • ₽ RUB
    0.0289