ƏMLAK

Pilot layihələrdə yerli şirkətlərin iştirakında maraqlıyıq” – V.ƏHMƏDOV
28 NOYABR 2017
341

Pilot layihələrdə yerli şirkətlərin iştirakında maraqlıyıq” – V.ƏHMƏDOV

2017-11-28 16:51:00

“Pilot layihələrdə yerli şirkətlərin iştirakında maraqlıyıq”. Bunu Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya sərgisində Fins.az-a açıqlamasında millət vəkili V.Əhmədov deyib. O bildirib ki, Bakıda həyata keçirilən pilot layihələrin icrası ilə bağlı yerli tikinti şirkətlərinin iştirakını daha məqsədəuyğun hesab edir: “Sərgidə iştirakçı tikinti şirkətlərin 50%-i ilk dəfə Azərbaycana aid şirkətlərdir. Bu da bizim sahibkarlar üçün xüsusi əhəmiyyət kəsb edir. Xüsusilə burada Nəsimi, Nizami, Nərimanov rayonları üzrə layihələr təqdim edilib. Əhalinin mənzillə təmin edilməsində  bu mühüm rol oynayır. Yerli tikinti şirkətləri müasir səviyyədə işlər görməyi bacarırlar. Ona görə də xarici tikinti şirkətlərindənsə yerli şirkətlərin pilot layihələrdə iştirak etməsində maraqlıyıq”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+5°C
  • $ USD
    1.7001
  • € EUR
    2.1108
  • ₽ RUB
    0.0301