ƏMLAK

Bakıda RecExpo III – Azərbaycanın Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya sərgisi keçirilir
28 NOYABR 2017
269

Bakıda RecExpo III – Azərbaycanın Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya sərgisi keçirilir

2017-11-28 11:46:00

Əmlak Məsələləri Dövlət Komitəsi, “ElanExpo” və “Atılım Fuarcılık” şirkətlərinin birgə təşkilatçılığı RecExpo III – Azərbaycanın Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya sərgisi öz işinə başlayıb.

Fins.az xəbər verir ki, açılışda çıxış edən Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) sədri Kərəm Həsənovsərginin əhəmiyyətindən danışıb.

K.Həsənovun sözlərinə görə, sərginin keçirilməsində əsas məqsəd Azərbaycanın daşınmaz əmlak idarəçiliyi sisteminin aktivləşdirilməsi, eyni zamanda bu sahəyə yerli və xarici investisiyaların cəlb edilməsidir.

"Sərgidə dünyanın 14 ölkəsindən, 70-ə yaxın şirkət iştirak edir. İştirakçı şirkətlər tərəfindən 150-dən çox layihənin təqdimatı olacaq",- deyə K.Həsənov qeyd edib

Qeyd edək ki, sərgidə Avropa və Asiya ölkələrinin daşınmaz əmlak bazarındakı iri şirkətləri, Türkiyə, BƏƏ, Rusiya, Qətər, Böyük Britaniya, Portuqaliya, Fransa, Polşa, İtaliya, Kipr, Andorra, Gürcüstan və İspaniyanın tikinti şirkətləri iştirak edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+5°C
  • $ USD
    1.7001
  • € EUR
    2.1108
  • ₽ RUB
    0.0301