ƏMLAK

Azərbaycanda mənzil kirayəsində bahalaşma zəifləyib
27 NOYABR 2017
361

Azərbaycanda mənzil kirayəsində bahalaşma zəifləyib

2017-11-27 12:34:00

zərbaycanda mənzillərin kirayə haqqındakı aylıq bahalaşma zəifləyib. Belə ki, oktyabr ayı ərzində mənzillərin kirayəsi 0,3% bahalaşıb. Sentyabr ayında isə bu göstərici 1,5% təşkil edib.

Rəsmi statistikaya əsasən, oktyabrda mənzillərin orta aylıq kirayə haqqı 96,15 manat təşkil edib.

Qeyd edək ki, mənzillərin kirayəsində ən yüksək aylıq qiymət artımı yanvar ayında - 3,5% müşahidə olunub. Daha sonra, fevralda aylıq bahalaşma 0,1%-ə enib, martda 1,2%-ə yüksəlib, apreldə qiymət sabit qalıb, may ayından yenidən bahalaşamağa davam edərək 1,2% artıb, iyunda dəyişməyib, iyulda 0,6%, avqustda 1,1% və sentyabrda 1,5% artım qeydə alınıb.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9906
  • ₽ RUB
    0.0276