ƏMLAK

İlin sonuna doğru Bakıda evlər bahalaşacaq
27 NOYABR
883

İlin sonuna doğru Bakıda evlər bahalaşacaq

2017-11-27 10:16:00
İlin sonuna doğru Bakıda evlərin qiyməti artacaq. Bunu Fins.az-a açıqlamasında "MBA Group" konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov bildirib. Belə ki, ilin sonunda Bakıda mənzillərin  3-4% artacağı gözlənilir. Ekspert bildirib ki, adətən ilin sonuna doğru qiymətlərdə artım baş verir. Belə ki, noyabr-dekabr aylarında daşınmaz əmlak bazarında alıcılar çoxalır. Xüsusilə də dekabr ayında canlanma baş verir. Ona görə də qiymət artımı qaçılmaz olur.
N.İbrahimov ümumilikdə isə 2018-cı ildə daşınmaz əmlak bazarında canlanma olacağını bildirir. O deyib ki, pilot layihələr çərçivəsində Bakının Yasamal, Nəsimi, Səbail,Suraxanı rayonlarında layihələrin icrası gedir. Gələn ildə bu proses genişlənəcək. Tikinti şirkətlərinin artması da sırf pilot layihələrinin artımı ilə bağlıdır: “Hər pilot layihəni bir tikinti şirkəti həyata keçirir. Ona görə də yeni qeydiyyatdan keçən tikinti şirkətləri artır”.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+5°C
  • $ USD
    1.7000
  • € EUR
    2.0024
  • ₽ RUB
    0.0287