ƏMLAK

Bakıda mənzillərin kirayəsi neçəyədir? – SON VƏZİYYƏT
23 NOYABR
774

Bakıda mənzillərin kirayəsi neçəyədir? – SON VƏZİYYƏT

2017-11-23 13:02:00
Bakıda kirayə mənzil bazarında ucuzlaşma müşahidə edilir. Bu barədə Fins.az-a "MBA Group" konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov deyib. Onun sözlərinə görə, sentyabr ayı ilə müqayisədə oktyabr ayında Bakıda kirayəə mənzillər 2,83%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 10,85% ucuzlaşıb.
N.İbrahimov bildirib ki, kirayə evlərin qiymətlərində avqust-sentyabr aylarında sıçrayışlı artım olmuşdu. Ona görə də oktyabr ayında əvvəlki məcrasına qayıtdı.  
Əmlak bazarı üzrə ekspert Vaqif Hüseynov da Fins.az-a açıqlamasında oktyabrda kirayə mənzillər bazarında qiymətlərin əvvəlki səviyyəyəə düşdüyünü bildirib. O bildirib ki, hazırda yerləşmə yerindən aslı olaraq kirayə evlərin qiyməti 250-400 manat arasında dəyişir. Hazırda şəhərin mərkəzi hissələrində bütün avadanlıqlarla birlikdə 2 otaqlı mənzili isə 300-400 manata kirayələmək olar.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+10°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0032
  • ₽ RUB
    0.0289