ƏMLAK

Biznes obyektlərinin icarəsi də bahalaşdı
22 NOYABR 2017
413

Biznes obyektlərinin icarəsi də bahalaşdı

2017-11-22 12:51:00
Bakıda kommersiya obyektlərinin qiymətləri və icarə qiymətləri ilə bağlı son vəziyyət məlum olub. "MBA Group" konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov Fins.az-a bildirib ki, biznes obyektlərinin qiymətləri sentyabr ayı ilə müqayisədə oktyabrda 4,88% ucuzlaşıb. Ötən ilin eyno dövrü ilə müqayisədə isə qiymətlər 19,01% aşağı düşüb. Biznes obyektlərinin və mağazaların icarəsi isə əksinə oktyabrda xeyli bahalaşıb. Belə ki, Bakı üzrə kommersiya obyektlərin icarə qiymətləri sentyabr ayı ilə müqayisədə  oktyabr ayında 8,63% artıb. Amma ötən ilin eyni dövrü ilə müqayisədə icarə qiymətləri 15,38% aşağı düşüb.
N.İbrahimov bildirib ki, payız aylarında biznes obyektlərinin icarəsinin bahalaşması gözləniləndir: “Çünki bu fəsildə insanlar mağazalara, obyektlərə daha çox üz tutur. Bu obyektlərinin gəlirliliyi artır. Nəticədə həmin biznes obyektlərinin icarə qiymətlərinə də təsir edir”.  
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+3°C
  • $ USD
    1.7001
  • € EUR
    2.1335
  • ₽ RUB
    0.0302