ƏMLAK

Kərəm Həsənovun Sumqayıtda keçirəcəyi vətəndaş qəbulunun tarixi dəyişib
20 NOYABR 2017
218

Kərəm Həsənovun Sumqayıtda keçirəcəyi vətəndaş qəbulunun tarixi dəyişib

2017-11-20 13:47:00

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun 24 noyabr 2017-ci il tarixində Sumqayıt şəhərində keçirəcəyi vətəndaş qəbulunun tarixi dəyişdirilmişdir. Belə ki, vətəndaş qəbulunun tarixi 30 noyabr 2017-ci il tarixinə keçirilmişdir.

Komitədən Fins.az-a verilən məlumata görə, qəbul saat 11:00-da Sumqayıt şəhərində Heydər Əliyev Mərkəzində keçiriləcək. Qəbulda Sumqayıt şəhəri ilə yanaşı Qubadlı rayonundan olan vətəndaşların müraciətlərinə baxılacaq.

Komitə sədri qəbul zamanı komitənin fəaliyyət istiqaməti üzrə, o cümlədən daşınmaz əmlakın qeydiyyatı sahəsinə aid olan müraciətlər, dövlət əmlakının özəlləşdirilməsi, hərraclarda iştirak, icarə əsasında istifadə edilən dövlət obyekti və ya torpaq sahəsinin özəlləşdirilməsi, torpaqların təyinatının qanunsuz dəyişdirilməsi, təyinatına zidd istifadəsi, torpaqların texniki parametrlərinin və koordinatlarının müəyyənləşdirilməsi, ünvan məsələləri və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşları qəbul edəcək.

Qəbulda yuxarıda qeyd olunmuş Sumqayıt şəhəri və Qubadlı rayonundan olan vətəndaşlar iştirak edə bilər və yalnız komitənin fəaliyyət sahələrinə aid olan müraciətlərə baxılacaqdır.

Qəbula yazılmaq istəyən vətəndaşlar online olaraq komitənin [email protected] elektron ünvanına yaza və ya aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərlər:    

Komitənin Aparatı: (012) 490 24 08 (daxili 105 və 349)

Komitənin 5 saylı ərazi şöbəsi: (01865)  4-47-97, 5-38-80

Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı ərazi idarəsi: (01865) 2-01-71

Eyni zamanda vətəndaşlar qəbula yazılmaq üçün aşağıdakı ünvanlara müraciət edə bilərlər:

Komitənin 5 saylı ərazi idarəsi: Sumqayıt ş. 18-ci məh., bina 4/12

Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı ərazi idarəsi: Sumqayıt şəhəri, Koroğlu prospekti, 42-ci məhəllə

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+6°C
  • $ USD
    1.7001
  • € EUR
    2.1060
  • ₽ RUB
    0.0301