ƏMLAK

MİDA Yasamalda yeni ticarət mərkəzi tikəcək
15 NOYABR
241

MİDA Yasamalda yeni ticarət mərkəzi tikəcək

2017-11-15 10:27:00

Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində “MİDA” MMC  Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi yolu, 8 ünvanında yerləşən yaşayış kompleksi ərazisində ticarət mərkəzinin tikintisi məqsədilə potensial imkanlara malik investorları cəlb etmək məqsədilə müsabiqə elan edib.

MİDA-dan verilən məlumata görə, müsabiqədə iştirak etmək istəyənlər 300 manat iştirak haqqı ödəməklə müsabiqə şərtlərini 21 noyabr 2017-ci il saat 17:00- dək, Bakı şəhəri, Cəlil Məmmədquluzadə küçəsi, 85Z ünvanından əldə bilər.

Ödənilmiş iştirak haqqı heç bir halda geri qaytarılmır. Təkliflər 30 noyabr 2017-ci il saat 17:00-dək qəbul olunur. 

© APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+9°C
  • $ USD
    1.7002
  • € EUR
    1.9963
  • ₽ RUB
    0.0287