ƏMLAK

Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya Sərgisinin vaxtı dəyişdirilib
14 NOYABR
158

Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya Sərgisinin vaxtı dəyişdirilib

2017-11-14 19:02:00

Bakıda keçiriləcək Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya Sərgisinin vaxtı dəyişdirilib. Əmlak Məsələləri Dövlət Komitəsinin “Elan Expo” və “Atılım Fuarcılık” şirkətləri ilə birgə təşkil etdiyi “RecExpo III” – Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya Sərgisi noyabrın 28-30-da Bakı Ekspo Mərkəzində keçirəcək.

Fins.az xəbər verir ki, sərgiyə ötən ildən fərqli olaraq, daha çox investor, əmlak şirkətlərinin qatılması, eyni zamanda, onların tikinti və infrastruktur layihələrinin nümayiş edilməsi gözlənilir. Belə ki, Avropa və Asiya ölkələrinin daşınmaz əmlak bazarındakı iri şirkətləri sərgidə iştirak edəcək. Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Rusiya, İspaniya kimi dövlətlərin nüfuzlu tikinti şirkətləri sərgiyə toplaşacaq.

Sərginin əsas məqsədi Azərbaycanda daşınmaz əmlak bazarının daha da canlandırılması, bu sahəyə yatırılan yerli və xarici investisiyaların həcminin artırılmasıdır. Daşınmaz əmlak bazarı ilə bağlı investisiya mühitinin bu sahədə fəaliyyət göstərən xarici şirkətlərə nümayiş etdirilməsi və sərmayəçilərin ölkədə həyata keçirilən özəlləşdirmə prosesinə cəlb edilməsi də əsas vəzifələrdəndir.

Qeyd edək ki, 2016-cı ildə keçirilən sərgidə Türkiyə, BƏƏ, Macarıstan, Rusiya, İspaniya, Portuqaliya, Lüksemburq, Kipr, Gürcüstan, Ukraynadan 30-a yaxın şirkət iştirak edib. Ümumilikdə sərgidə 91 yerli və beynəlxalq şirkətin 152 daşınmaz əmlak layihəsi nümayiş olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+7°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0152
  • ₽ RUB
    0.0291