ƏMLAK

Gəncədə İdman Sarayı tikiləcək -SƏRƏNCAM
13 NOYABR
228

Gəncədə İdman Sarayı tikiləcək -SƏRƏNCAM

2017-11-13 18:11:00

Azərbaycan Respublikasının Prezidenti ilham əliyev Gəncə Dövlət Dram Teatrının tikintisinin davam etdirilməsi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

 Sərəncamda deyilir:

 Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərcləri bölgüsündə Gəncə Dövlət Dram Teatrının tikintisinin davam etdirilməsi üçün maliyyə vəsaitini nəzərdə tutsun.

 Həmçinin Prezident, Gəncə şəhərində İdman Sarayının tikintisi haqqında da Sərəncamı imzalayıb.

 Sərəncamda deyilir: 

 Gəncə şəhərində İdman Sarayı inşa edilsin.

 - Gəncə İdman Sarayının layihələndirilməsi və tikintisi üzrə sifarişçi funksiyaları, habelə obyektin inşası prosesində həyata keçiriləcək işlərin təşkili və əlaqələndirilməsi Gəncə Şəhər İcra Hakimiyyətinə həvalə edilsin.

 -Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərcləri bölgüsündə Gəncə İdman Sarayının tikintisi üçün maliyyə vəsaitini nəzərdə tutsun.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+15°C
  • $ USD
    1.7002
  • € EUR
    1.9959
  • ₽ RUB
    0.0287