ƏMLAK

Əmlak qeydiyyatının sadəliyinə görə, Azərbaycan beynəlxalq reytinqdə 21-ci yerdədir
10 NOYABR
153

Əmlak qeydiyyatının sadəliyinə görə, Azərbaycan beynəlxalq reytinqdə 21-ci yerdədir

2017-11-10 10:42:00

Əmlakın qeydiyyatının sadəliyinə görə, Azərbaycan ötən illə müqayisədə daha bir pillə irəliləyərək 21-ci yerdə qərarlaşıb.

Fins.z-ın məlumatılna görə, bunu Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov Cenevrədə BMT-nin Avropa İqtisadi Komissiyasının Mənzil Təsərrüfatı və Daşınmaz Əmlakın İdarəedilməsi Komitəsinin 78-ci sessiyasında çıxışında deyib.

O, son 20 il ərzində Azərbaycanın bütün sahələrdə olduğu kimi, daşınmaz əmlak idarəçiliyi sahəsində də əldə etdiyi nailiyyətləri sessiya iştirakçılarının nəzərinə çatdırıb. Komitə sədri bildirib ki, ölkə rəhbərliyi tərəfindən bütün sahələrdə olduğu kimi daşınmaz əmlak idarəçiliyi sahəsində də islahatlar həyata keçirilir. Fəaliyyətində hər zaman səmərəliliyin artırılmasını, şəffaflığın təmin edilməsini, ölkə vətəndaşlarına və sahibkarlara yüksək səviyyədə xidmət göstərilməsini, habelə dövlət əmlakının səmərəli idarə olunmasını əsas götürən Əmlak Məsələləri Dövlət Komitəsi bu işlərdə qabaqcıl dünya təcrübəsindən və müasir yanaşmalardan geniş şəkildə yararlanır. Ölkədə əmlakın qeydiyyatının sadələşdirilməsi və müasir standartlara çatdırılması üzrə görülən işlər genişləndirilir. Komitə tərəfindən bu sahədə elektron xidmətlərin tətbiqi prosesi daha da sürətləndirilib. Əmlak idarəçiliyi sisteminin səmərəli, şəffaf və çevik şəkildə fəaliyyətinin təmin edilməsi üçün, əlçatanlığının artırılması üçün vətəndaşlara 40-a yaxın elektron xidmət göstərilir. Komitənin onlayn xidmətləri də daşınmaz əmlakın qeydiyyatı sahəsində rahatlığı və operativliyi kifayət dərəcədə artırıb.

Görülən tədbirlər nəticəsində dövlət əmlakının idarə edilməsinin səmərəli mexanizmləri formalaşır, bu sahədə idarəetmə avtomatlaşdırılır, dövlət əmlakının istifadəsindən dövlət büdcəsinə daxil olan vəsaitin həcmi artır, dövlət əmlakının qorunub saxlanması və mühafizəsi, ondan səmərəli istifadə edilməsinə mükəmməl nəzarət təmin edilir.

Bütün bu tədbirlər Azərbaycanın son illər ərzində beynəlxalq reytinq agentliklərinin hesabatlarında sözügedən sahədə aparıcı mövqe tutmasına səbəb olub. Belə ki, əmlakın qeydiyyatının sadəliyinə görə Azərbaycan ötən illə müqayisədə daha bir pillə irəliləyərək 21-ci yerdə qərarlaşıb.

Tədbirin əhəmiyyəti və nəticələri barədə danışan Kərəm Həsənov bildirib ki, bu sessiya mənzil təsərrüfatı və daşınmaz əmlakın idarəçiliyi sistemində müasir yanaşmalar və beynəlxalq təcrübənin iştirakçı dövlətlər arasında yayılması və bu sahədə fikir mübadiləsinin aparılması üçün uğurlu platformadır.

Sessiya çərçivəsində region üçün mənzil təsərrüfatı və daşınmaz əmlak idarəçiliyinin təkmilləşdirilməsi istiqamətində bir sıra qərarlar da qəbul edilib.

BMT Avropa İqtisadi Komissiyasının Mənzil Təsərrüfatı və Daşınmaz Əmlakın İdarəedilməsi Komitəsinin iki gün davam edən 78-ci sessiyası işini noyabrın 10-da yekunlaşdıracaq. Sessiya çərçivəsində region üçün mənzil təsərrüfatı və daşınmaz əmlak idarəçiliyinin təkmilləşdirilməsi istiqamətində bir sıra qərarlar da qəbul edilib. BMT Avropa İqtisadi Komissiyasının Mənzil Təsərrüfatı və Daşınmaz Əmlakın İdarəedilməsi Komitəsinin iki gün davam edən 78-ci sessiyası işini noyabrın 10-da yekunlaşdıracaq.

Sessiyada ölkəmizi Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun rəhbərliyi ilə nümayəndə heyəti təmsil edib.

Qeyd edək ki, BMT-nin Avropa İqtisadi Komissiyası özündə bütün Avropa dövlətlərini, keçmiş SSRİ ölkələrini, ABŞ və Kanadanı, eləcə də İsrail və qardaş Türkiyə də daxil olmaqla 56 üzv dövləti birləşdirir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+15°C
  • $ USD
    1.7002
  • € EUR
    1.9959
  • ₽ RUB
    0.0287