ƏMLAK

Bakının bu hissəsində 1 hektar ərazidə cəmi 100 ailə yaşayacaq
06 NOYABR
1270

Bakının bu hissəsində 1 hektar ərazidə cəmi 100 ailə yaşayacaq

2017-11-06 12:37:00
Ağ Şəhər layihəsində 1 hektar ərazidə 100-110 ailə yaşayacaq. Bu barədə Fins.az-a layihədəki yaşayış kompleksindən bildirilib. Məlumata görə, Ağ Şəhər bir çox standartları qoruyur:” Bu standartlar nələrdir? Məsələn, kvadart metr ərazidə adambaşı yaşayış standartı var.  Bakıda ən sıx yaşayış olan ərazi 28 May Metrosu ətrafıdır. Şəhərin bu hissəsində bir hektar ərazidə 1200-1400 ailə yaşayır. Ağ Şəhərdə isə eyni ərazi üçün 100-110 ailənin yaşaması nəzərdə tutulub. Göründüyü kimi, ortada 10 dəfə fərq var. Burada həmin standartları qoruyuruq”.
Layihə üzrə bəzi yaşayış komplekslərində isə bu rəqəm hətta 90 ailəyə qədər aşağıdır: “Yaşayış kompleksinin hektar yarım ərazisi var və bu ərazidə cəmi 90 ailə yaşayacaq. Yəni böyük bir kompleksdə 90 ailə bir-birini tanıyacaq”.
Kompleksdən bildirilib ki, Ağ şəhərdə bütün infrastruktur nəzərə alınıb. Yəni, burada dövlət məktəblərindən, xəstəxanalardan, biznes mərkəzləri və hotellərdən tutmuş heyvanlar üçün nəzərdə tutulan xəstəxanalara kimi hər şey olacaq:”Yaşayış üçün nə lazımdırsa, bu layihədə var”.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+9°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0152
  • ₽ RUB
    0.0291