ƏMLAK

Ağ Şəhərdə evlər neçəyədir? – QİYMƏT
02 NOYABR
2786

Ağ Şəhərdə evlər neçəyədir? – QİYMƏT

2017-11-02 16:11:00
Ağ Şəhərdə layihəsində satılan mənzillərin qiyməti məlum olub. Bu barədə Fins.az-a layihədəki yaşayış kompleksindən bildirilib. Məlumata görə, Ağ şəhərdə təmirli mənzil satılması tendensiyası yoxdur. Çünki müştəri kontingenti orta və yuxarı təbəqədir. Belə müştərilərin təmir zövqünü müəyyən etmək isə çox çətindir:“Normal halda bütün şirkətlər çalışır ki, mənzilləri təmirsiz satsın”.
Bildirilib ki, Ağ Şəhərdə kv.m üzrə qiymətlər 1400-3000 manat arasında dəyişir. Bəzi yaşayış komplekslərində isə təmirsiz mənzillər üzrə qiymətlər 1850 manatdan başlayır. Mənzillərin ölçüləri isə 126 kv.m-dən 302 kv.m-ə kimi dəyişir. Başqa sözlə, böyük mənzillər yarım milyon manatdan bahadır: “Kv.m-i 2200 manatdan hesablasaq, 302 kv.m-lik evin qiyməti 664 min manat təşkil edir və bu yaşayış kompleksində ən bahalı evdir”.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+9°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0152
  • ₽ RUB
    0.0291