ƏMLAK

Azərbaycandakı özəlləşdirilməyə xarici ölkələrdə maraq artıb
01 NOYABR
120

Azərbaycandakı özəlləşdirilməyə xarici ölkələrdə maraq artıb

2017-11-01 10:37:00
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən ötən ilin avqust ayında istifadəyə verilən Özəlləşdirmə portalının fəaliyyəti öz müsbət nəticəsini verməkdədir. Yarandığı vaxtdan portala 1 milyondan artıq baxış olub. Bu barədə Fins.az-a Komitədən bildirilib. Məlumata görə, təkcə bu il ərzində isə portala 665 minə yaxın ziyarətçi daxil olub. Statistik göstəricilərdən maraqlı məqam ondan ibarətdir ki, portalın gün və ay ərzində istifadəçi sayı çoxluq təşkil edir. Belə ki, portala bir ayda 86 minə yaxın, gün ərzində isə 3 mindən çox investor və vətəndaş baxışı olub. Bildirilməlidir ki, portala daxil olanların 67,8%-i mobil telefonla, 32,2%- i isə kompüter vasitəsilə ziyarət edib.
Komitədən verilən məlumata görə, ölkə vətəndaşları ilə yanaşı Türkiyə, Rusiya, ABŞ, Almaniya, Gürcüstan, Polşadan portalı izləyənlərin sayı kifayət qədərdir. Əcnəbi investorların portala marağının artması isə Azərbaycanda investisiya mühitinin daha da sağlaşmasına, xarici bazarlara çıxış imkanlarının artmasına, ixrac potensialımızın yüksəlməsinə şərait yaradır. Eyni zamanda bu ölkəmizdə yeni iqtisadi sahələrin formalaşmasına  gətirib çıxarır.
Xatırladaq ki, hərraclar barədə ictimai məlumatlandırma Özəlləşdirmə portalı ilə bərabər, həm komitənin rəsmi saytı, həm də komitənin facebook sosial şəbəkəsindəki rəsmi səhifəsi və privatization.az səhifəsi vasitəsilə aparılır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+9°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0152
  • ₽ RUB
    0.0291