ƏMLAK

Dövlət 900-10 min manata maşın satacaq
30 OKTYABR
536

Dövlət 900-10 min manata maşın satacaq

2017-10-30 12:44:00

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 28 noyabr tarixində dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərrac keçiriləcək. Hərraca 8-i isə nəqliyyat vasitəsi də çıxarılacaq. 

Fins.az xəbər verir ki, Hərracda özəlləşdirilməyə çıxarılan nəqliyyat vasitələrinin markaları müxtəlifdir. Prosesdə Nissan Maxima, Mitsubishi Pajero , KİA RİO kimi avtomobillər sahibini axtarır. Nəqliyyat vasitələrinin ilkin start qiyməti 900 manatla 10 min manat arasında dəyişir.

 

Avtonəqliyyat vasitəsinin markası

 Buraxılış ili

Start qiyməti

(manatla)

 10% beh

(manatla)

Azərbaycan Milli Elmlər Akademiyası“Azərbaycan Ensiklopediyası” Elmi Mərkəzi

QAZ-270500

1996

1275

Azərbaycan Milli Elmlər Akademiyası“Azərbaycan Ensiklopediyası” Elmi Mərkəzi

Opel Omeqa

1992

1125

Azərbaycan Milli Elmlər Akademiyası“Azərbaycan Ensiklopediyası” Elmi Mərkəzi

Doğan-S

1994

900

Azərbaycan Respublikası Baş Prokurorluğu

Nissan Maxima

2006

3330

“Azərsu”ASC Birləşmiş Sukanal MMC-nin Zaqatala Sukanal İdarəsi

KAMAZ 4310

1989

3600

Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Maddi-Texniki Təminat Başİdarəsinə bilavasitə tabe olan Avtomobil Təsərrüfatı

FİAT Doblo

2007

3500

Xaçmaz rayon İcra Hakimiyyəti

Mitsubishi Pajero

2007

10000

Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti

KİA RİO

2009

5000

Azərbaycan Respublikası“Bakı Metropoliteni” QSC

KAMAZ-55102

1994

7000

1-3-cü sətirdə Azərbaycan Milli Elmlər Akademiyası “Azərbaycan Ensiklopediyası” Elmi Mərkəzinin  balansında olan  nəqliyyat  vasitələri 4-cü dəfə 25% endirimlə  təkrar hərraca çıxarılır.Qeyd:  

4-cü sətirdə Azərbaycan Respublikası Baş Prokurorluğun balansında olan  nəqliyyat vasitəsi 3-cü dəfə 10% endirimlə  təkrar hərraca çıxarılır.

5-cı sətirdə “Azərsu” ASC Birləşmiş Sukanal MMC-nin Zaqatala Sukanal İdarəsinin balansında olan  nəqliyyat vasitəsi 3-cü dəfə 10% endirimlə  təkrar hərraca çıxarılır 

Qeyd:     Sifarişlər Azərbaycan Respublikası Əmlak Məsələləri  Dövlət Komitəsi yanında  Hərracların Təşkili üzrə Auksion Mərkəzində (Bakı şəhəri, Zeynal Xəlil küçəsi 11) və yaxud  e–emdk.gov .az elektron portalı vasitəsilə  hərracın keçirilməsinə ən gec 3 (üç) bank günü qalanadək qəbul olunacaqdır: Nəqliyyat vasitələri barədə ətraflı məlumatı privatization.az portalından almaq olar. Hərracda iştirak etmək üçün (elektron sifariş verənlər istisna olaraq) hərracın keçirilməsinə ən azı 3 bank günü qalanadək aşağıdakı sənədlər təqdim olunmalıdır:

Sifarişçinin şəxsiyyətini təsdiq edən sənəd (Hüquqi şəxslər üçün:notarial qaydada təsdiq olunmuş qeydiyyat şəhadətnaməsi,nizamnaməsi və VÖİN) Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən sənəd. (10% məbləğində beh Mərkəzi Bankda – AZ65NABZ01361150000000004944 nömrəli hesablaşma hesabına ödənilməlidir)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+15°C
  • $ USD
    1.7002
  • € EUR
    1.9941
  • ₽ RUB
    0.0287