ƏMLAK

“Ərəblər Bakıdan ona görə ev alır ki...” – ƏSAS SƏBƏB
27 OKTYABR
3242

“Ərəblər Bakıdan ona görə ev alır ki...” – ƏSAS SƏBƏB

2017-10-27 17:18:00

Son dövrlər Bakıdan, xüsusilə də Ağ şəhərdən ev alan xarici vətəndaşlar artmağa başlayıb. Bu barədə Fins.az-a Ağ Şəhərdə fəaliyyət göstərən yaşayış kompleksinin rəhbəri deyib. Mənbənin bildirdiyinə görə, xüsusilə də son bir neçə ayda ərəblər Ağ Şəhərdən ev almağa başlayıb. Buna səbəb isə Azərbaycanda mənzillərin digər ölkələrə nisbətən ucuz olmasıdır: “ Bəhreyn telekomunikasiya şirkətində rəhbər vəzifədə çalışan ərəb vətəndaşından bu barədə soruşmuşduq. O dedi ki, Bəhreyndə ev almaq çox bahadır. Məsələn, bizdən aldığı mənzilin 1 kv.m-i 1000 dollardırsa, Bəhreyndə evin 1 kv.m-i 10 min dollar təşkil edir. Yəni, Bakıdan, Ağ Şəhərdən ev almaq 10 dəfə sərfəlidir. Bəhreyndə bir yataq otağının qiymətinə Bakıda böyük bir mənzil əldə etmiş olur”.

Mənbənin verdiyi məlumata görə, hazırda Azərbaycanda daşınmaz əmlak qiymətləri MDB məkanında ən aşağı qiymətlərdir: “Qazaxıstanda, Özbəkistanda, Gürcüstanda tikinti layihələrində iştirak etmişəm. Məsələn, biz 2016-cı ildə Tbilisidə bina tikirdir. Bakının Xətai rayonu kimi orta bir ərazidə mənzillərin qiyməti 1200-1400 dollar arasında dəyişirdi. İndiki qiymətlə bu 2300-2500 manat edir. Halbuki, hazırda Xətai rayonunda kv.m-i 1400-1500 manata ev tapa bilərsiz”.

Müəllif: Rahim Tarıverdiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+11°C
  • $ USD
    1.7001
  • € EUR
    1.9994
  • ₽ RUB
    0.0289