ƏMLAK

Dövlət orqanı iş rejimini dəyişdi
23 OKTYABR
378

Dövlət orqanı iş rejimini dəyişdi

2017-10-23 15:03:00

Daşınmaz Əmlakın Reyestri Xidmətinin ərazi idarələri yeni iş rejiminə keçib. Bu barədə Fins.az-a Əmlak Məsələləri Dövlət Komitəsindən bildirilib. Məlumata görə, artıq qeydiyyat ərazi ofisləri bazar ertəsini də iş günü kimi elan edir. Başqa sözlə, vətəndaş birinci günləri də qeydiyyat ərazi ofislərinə yaxınlaşaraq əmlakın qeydiyyat prosedurlarını yerinə yetirə bilərlər. Qeyd edilməlidir ki, əvvəllər bazar ertəsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xİdmətinin ərazi idarələri üçün istirahət günü kimi müəyyən olunmuşdu.

Vətəndaşlara əlavə olaraq daha bir gün də xidmətin göstərilməsi çevikliyin artırılmasına, daşınmaz əmlakın qeydiyyatının daha da aktivləşməsinə, rahatlığın təmin olunmasına imkan verir. Eyni zamanda əhaliyə bazar ertəsi də daxil olmaqla xidmətin göstərilməsi onların vaxtına qənaət etmiş olur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+9°C
  • $ USD
    1.7002
  • € EUR
    1.9963
  • ₽ RUB
    0.0287