ƏMLAK

Əşyaları ilə birgə satışa çıxarılan evlər sürətlə artır – YENİ TENDENSİYA
12 OKTYABR
2177

Əşyaları ilə birgə satışa çıxarılan evlər sürətlə artır – YENİ TENDENSİYA

2017-10-12 12:48:00

Son bir ildə Bakıda evlər əşyaları ilə birlikdə satışa çıxarılır”. Bunu Fins.az-a açıqlamsında əmlak eksperti Vaqif Hüseynov deyib. Onun sözlərinə görə, Azərbaycan daşınmaz əmlak bazarı üçün bu yad bir tendensiyadır: “Adətən, Azərbaycanda insanlar maksimum işlənmiş, təmiri zəif olan evləri alırdılar. Maddi imkan olduqca vətəndaş yavaş-yavaş təmirə yer ayırırdı. Son bir il, il yarım ərzində isə demək olar ki, 10 evdən 8-i nəinki normal orta təmirlə, həm də əşyaları ilə birlikdə satışa çıxarılır”.

V.Hüseynov bildirib ki, yaranan vəziyyəti əmlak elanlarında da müşahidə etmək mümkündür. Ekspertin sözlərinə görə, buna əsas səbəb maddi imkanı nomral olan vətəndaşların bütün əmlaklarını satıb xaricə köçmək istəmələri ilə bağlıdır: “Eyni telefon nömrəsi ilə yerləşdirilən elanları analiz edərək onun makler və yaxud sıradan vətəndaş olduğu müəyyən edirik. Məlum olur ki, vətəndaş evini də satışa çıxarıb. Evin içindəki bəzi bahalı əşyaları da, avtomobili də ayrı-ayrı elanlarla satışa çıxarır. Qiymət münasib olduğu halda belə evlər dərhal satılır”.

Ekspert bildirib ki, son 2-3 ayda isə evlərin satışı çox aşağı düşüb:”Hazırda elan vasitəsilə satışa çıxarılan evlərin cəmi 5-10% satılır. Daşınmaz əmlak bazarında həm qiymətlərdə, həm də satışın həcmində ciddi bir dəyişiklik hiss edilmir”.

Müəllif: Rahim Tarıverdiyev

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+9°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0087
  • ₽ RUB
    0.0296